“Azərbaycan öz torpaqlarını güc yolu ilə almayana qədər..."

10:46 11-05-2019 | icon 28 | Qarabağ
“Azərbaycan öz torpaqlarını güc yolu ilə almayana qədər..."

Sabah - mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs haqda Bişkek protokolunun imzalanmasnın 25 ili tamamlanacaq. Əsrin 1/4 -nə bərabər olan bu müddət əfsuslar olsun ki, regionun ən qanlı münaqişəsinin həllində dönüşə gətirə bilmədi. Atəşkəs böyük sülh müqaviləsinin imzalanması ilə yekunlaşmadı. Demək, 25 il öncəki kimi indi də Qarabağ münaqişəsi zonasında müharibə riski böyük olaraq qalır.

 

 

Əsas səbəb hələ də təcavüzkar tərəfə bu müddətdə vasitəçi dövlətlərin heç bir ciddi təzyiq göstərməməsi, işğala məruz qalan ölkə ilə işğalçı ölkəyə, faktiki, eyni gözlə baxılmasıdır. Söhbət xüsusən də konfliktin qızışdırılmasında başlıca rol oynamış Rusiyanın məsələdə özünü ədalətli arbitr kimi yox, Ermənistanın 1 nömrəli havadarı və sözçüsü kimi aparmasıdır. Yoxsa Azərbaycan Ermənistanla təkbətək qalarsa, münaqişə sürətlə öz həllini tapar - ya dinc, ya da müharibə yolu ilə...        

Versus.Az Yeni Müsavat-a istinadla bildirir ki, məhz öz gizli-açıq havadarlarına arxayın olan Ermənistan, onun iqtidarları daim Qarabağ məsələsində destruktiv və maksimalist mövqe tutub, Azərbaycanın heç vaxt qəbul etməyəcəyi tələblərlə çıxış edib. İşğalçı ölkənin hazırkı rəhbərliyi də təəssüf ki, istisna deyil. Guya problemin həllinə “dinamika” gətirəcəyini bəyan edən baş nazir Nikol Paşinyan hətta bəzi məqamlarda sələflərindən də radikal və həyasız mövqe sərgiləməkdədir.

Məsələn, əgər əvvəlki hakimiyyətlər Dağlıq Qarabağ ətrafındakı rayonların nə vaxtsa boşaldılmasını istisna etmirdisə, indiki iqtidar rəsmiləri həmin rayonların artıq “dqr”-ə birləşdirildiyini bəyan edir. Bu qəbildən absurd, barıt qoxusu verən açıqlamalar, sülhü torpedalayan mövqe son dəfə srağagün - Nikol Paşinyan və bandit dəstəsinin Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı Dağlıq Qarabağa qanunsuz səfəri zamanı özünü büruzə verib. Ermənistan rəhbərliyi bir daha əsas hədəflərinin “arsax”ın müstəqilliyi olduğu və “bir qarış torpağın da güzəşt edilməyəcəyini” bildirib. Bakıdan təbii ki, reaksiya gecikməyib. 

 

 

Ä°lgili resim

Azərbaycan XİN bu cür çıxışların münaqişə tərəfləri arasında son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirib. “Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi İrəvanın səsləndirdiyi ”Artsax"ın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir" kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yanlış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir", - deyə XİN-in bəyanatında deyilir və hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyü xüsusi vurğulanır.

Ä°lgili resim

“Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar” - rəsmi Bakı bəyan edib.

*****

Məsələ də bundadır ki, 25 illik atəşkəs dönəmində Nikol Paşinyan da daxil, bütün erməni rəhbərləri öz xalqını aldatmaqla məşğul olub. Ona “cənnət nağılları” vəd edib, guya tezliklə separatçı rejimin “müstəqilliyinin” dünya tərəfindən tanınacağını söyləyiblər.

Amma göründüyü kimi, 25 ildə bunların heç biri baş verməyib. Heç işğalçı ölkənin özü belə, “dqr”-in “müstəqilliyini” tanımağa cürət etməyib, çünki bunun reallığı dəyişməyəcəyinə əmindir. Dəyişsəydi, 25 ildə dəyişərdi. Blokada şəraitində inləyən Ermənistanın, işğal altındakı Dağlıq Qarabağda erməni əhalisinin durumu da məlum. Bu xüsusda rəsmi Bakı tam haqlı olaraq qeyd edib ki, Ermənistan rəhbərliyi nə qədər tez bu acı reallığı dərk eləsə və ilk növbədə öz əhalisini aldatmağa son qoysa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar.

Dərk edəcəkmi, son qoyacaqmı?

Bundan ötrü rəsmi İrəvan, Paşinyan hökuməti ilk növbədə Ermənistanın Rusiyadan vassal asılılığını azaltmaq, onun bölgədə Moskvanın əsas hərbi qalası statusunu dəyişmək və paralel surətdə iki mühüm həmsərhəd dövlət - Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq barədə ciddi düşünməlidir. Çünki dəfələrlə yazdığımız kimi, erməni xalqının nicatı və qurtuluşu quru sərhədə malik olmadığı Rusiya ilə əbədi ittifaqda yox, məhz “qapı qonşuları” Türkiyə və Azərbaycanla dinc-yanaşı yaşamaqdadır. 25 illik atəşkəs dönəminin ermənilər üçün ən böyük yekunu, daha dəqiqi, dərsi məhz budur.     

*****

Ermənistanın köhnə-təzə rəhbərlikləri, Şuşanın işğal günündə Şuşada yallı gedib yalançı sevinc hissi yaşayan  Paşinyan təəssüf ki, hələ də Ermənistanın xoşbəxtliyini Rusiyada görməkdə davam edirlər. Rusiyanı özlərinin əsas təhlükəsizlik və varlıq qarantı sayırlar. “Qərbyönlü” Paşinyan belə, məmnuniyyətlə Kremlin bölgədəki nökəri funksiyasını daşımağa hazır olduğunu nümayiş etdirir. Məqsəd ən əvvəl Rusiyadan nisbətən ucuz qiymətə təbii qaz, daxili bazar qiymətinə və Rusiyanın aşağı faizli kreditləri hesabına silahlar almaqdır. Halbuki “məxməri inqilab” zamanı və ondan əvvəl N.Paşinyan Ermənistanı Rusiya orbitindən uzaqlaşdıracağından dəm vururdu.

İndi isə Paşinyan və onun müdafiə naziri David Tonoyan sevinclə Rusiyadan yeni silahlar alınacağından danışırlar. Bu da növbəti fakt. “İrəvanın Rusiyadan silah alması çox sağlam prosesdir”. Bunu jurnalistlərə açıqlamasında D.Tonoyan deyib. O, Ermənistanın ciddi silahlanmaq niyyətində olduğunu bildirib. Tonoyan bu məsələdə İrəvanın üstünlüyə nail olmağa çalışdığını da söyləyib.

Qarabağ müharibəsi  ile ilgili görsel sonucu

Diqqət edildisə, düşmən ölkənin müdafiə naziri ermənilərə müsibətlər gətirmiş konfliktin tezliklə həllindən, sülhdən deyil, Azərbaycanla anlaşmanın zəruriliyindən yox, silahlanma vacibliyindən danışır. Ancaq boşuna arzulardır. Ona görə ki, yoxsul Ermənistanın Azərbaycanla ayaqlaşması, o sırada silahlanma yarışına tab gətirməsi qeyri-mümkündür. Rusiya da artıq ondan ötrü “qulpsuz çamadan”a çevrilmiş Ermənistanı sonsuzadək öz yanında saxlamayacaq, erməniləri əbədiyyən öz paraları hesabına bəsləməyəcək. Bunu da erməni rəhbərləri, Şuşada Azərbaycan yallısı gedib Azərbaycana acıq verən, oğlunu işğal altındakı Qarabağa hərbi xidmətə göndərən Paşinyan nə qədər tez dərk eləsə, bölgəyə sülh bir o qədə tez gələr. Əks halda, bu sülhü Azərbaycan əsgəri gətirəcək.

*****

“Paşinyanın Şuşada şərab içib, Azərbaycan mahnısına rəqs etməsi onu göstərir ki, Azərbaycan artıq bu məsələni güc yolu ilə həll etməlidir”. Versus.Az məlumat verir ki, bu sözləri Axar.az-a hərbi ekspert Şair Ramaldanov deyib. O bildirib ki, Ermənistana hansı hakimiyyət gəlir-gəlsin, Dağlıq Qarabağla bağlı vəziyyət dəyişməyəcək və onlar işğalçı siyasətlərini davam etdirəcəklər.

“Azərbaycan öz torpaqlarını güc yolu ilə almayana qədər onların işğalçı siyasətləri bitməyəcək. Bir dövlətin başçısı oğlunu separatçı rejimin tərkibində xidmət etməyə göndərirsə, ondan hər şey gözləmək olar. Paşinyanın apardığı ucuz siyasət onu göstərir ki, Ermənistan müstəqil deyil, onu idarə edən qüvvələr var. Bu qüvvələr imkan verməyəcək ki, Ermənistan hökuməti müstəqil addımlar atsın. Onlar hər zaman kənar qüvvələrin çaldığı havaya oynayacaq. Paşinyanın Şuşaya getməsi, işğal altında olan torpaqlarda bayram etməsi göstərir ki, Azərbaycanın bu məsələdə bir yolu var, o da müharibə yoludur. Mən hesab edirəm ki, artıq müəyyən bir fürsət olan kimi Azərbaycan öz qərarına sadiq qalaraq, torpaqlarımızı güc yolu ilə geri alacaq. Bu, Paşinyana və qondarma ”dqr" rəhbərlərinə vurulan ən sərt zərbə olacaq", - hərbi ekspert əlavə edib.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə