Ayna Sultanovanın heykəlinin götürülməsi tələbi - reaksiyalar

11:35 11-05-2019 | icon 41 | Araşdırma
Ayna Sultanovanın heykəlinin götürülməsi tələbi - reaksiyalar

“Ayna Sultanovanın heykəlinin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park onun adınadır”. Binəqədi Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı mayın 2-də belə bir mövqe sərgiləyib.

 

Tarixçi alim Dilavər Əzimli isə bildirib ki, A.Sultanovanın heykəli həmin parkdan birmənalı şəkildə götürülməlidir, ancaq bu heykəlləri götürüb, məhv etmək də olmaz, Avropada olduğu kimi başqa yerdə saxlanmalıdır.

A.Sultanova Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın, uzun illər Azərbaycanda Kommunist Partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub.

1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

Onun heykəlinin götürülməsinin tərəfdarı olanlar deyirlər ki, yüzlərlə insanı 1930-37-ci illərdə sürgünə və repressiyaya məruz qoyan bu qadın 1937-ci ildə Hüseyn Cavid tutulub Keşlə həbsxanasında işgəncəyə məruz qalan zaman Azərbaycan Xalq Komissarları Şurasının sədri olaraq Mikayıl Müşfiqi yanına çağırıb diktə edir: “Cavid əleyhinə bir məqalə yaz!”

A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

Amma tale elə gətirir ki, sistemin repressiya aparatına xidmət edən bolşevik qadın özü də qurbana çevrilir.

A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnir.

Maksim Musayev: ile ilgili görsel sonucu

Maksim Musayev: “Qriqoryan onun döşünün ucuna sap keçirir və dartır, onda qışqırır, işgəncəyə dözmür, sonra güllələyir”

Versus.Az Yeni Müsavat-a istinadən bildirir ki, YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı Maksim Musayev  heykəlinin götürülməsinin əleyhdarlarındandır.

Onun fikrincə, Sultanova ermənilərin məkrli siyasətinə qarşı mübarizə aparanlardan olub. M.Musayev danışır ki, atası Talıb Musayev Aynanın xidmətlərindən və necə güllələnməsindən söz açıb: “Atam Talıb Musayev sovet dövründə vitse-spiker işləyib. Bizə danışırdı ki, o zaman Azərbaycan SSRİ-in daxili işlər naziri Qriqoryan olub və çoxlu azərbaycanlı qırıb. Qriqoryan sonra Ermənistana daxili işlər naziri göndərilib. Həmin vaxt Ermənistanda 30-40 faiz azərbaycanlı yaşayırdı.

Əgər Ermənistanda 20-dən çox rayon var idisə, azərbaycanlılara görə 32 rayon olmuşdu. Bir neçə katib, “rəispolkom”, məhkəmə sədri azərbaycanlılar olub.

Atam Talıb Musayev Basarkeçərdə I  katib işləyib. O vaxt I katibləri Mərkəzi Komitənin üzvü seçirdilər və iki-üç katib MK üzvü olurdu.

Qriqoryan Ermənistanda nazir işləyəndə də azərbaycanlıları öldürmək siyasətini davam etdirmək niyyətində olub və bu məsələdən I katib işləyən atam xəbər tutub, yuxarıya məlumat verib. Buna görə Qriqoryan atamı tutdurmağa cəhd edib, lakin alınmayıb".

M.Musayevin sözlərinə görə, Qriqoryan onun atasına Əliheydər Qarayevi (ilk ədliyyə komissarı - E.S.) öldürməsini danışıb:

“Qriqoryan deyirmiş ki, dəmiri qızdırıb Əliheydərin qarnına basmağa başlayanda, dedi ki, gətir nəyə istəyirsən qol çəkməyə razıyam, işgəncə vermə. Ondan sonra Qriqoryan Əliheydərin qol çəkdiyi sənədi Mircəfər Bağırova təqdim edib”.

Müsahibimiz qeyd edir ki, o illərdə A.Sultanova Ali Məhkəmə sədri vəzifəsini tuturmuş: “İş elə gətirir ki, Şaumyan rayonunda Ticarət Nazirliyinin yoxlaması ilə 6 nəfər tutulur, onlar sosialist əmlakını oğurlamaqda ittiham olunurlar. Tutulanların altısı da erməni imiş və ikisi azərbaycanlıların qatili Qriqoryanın qohumu olub.

Bu zaman Qriqoryan Aynaya zəng edərək deyir ki, yoldaş Sultanova, xalam mənə rahatlıq vermir, xahiş edirəm həmin ikisini tutmayın. Ayna bütün işlərə ədalətli və qərəzsiz baxacağını xatırladır.

Bundan sonra Sultanova Qriqoryanın xalasının ərinə 10 il, o birilərə 6-8 il arası iş kəsir. Təbii ki, Qriqoryan bunu unutmur və Ayna haqqında materiallar hazırlayıb SSRİ rəhbərliyinə çatdırır, onu həbs etdirir".

M.Musayev A.Sultanovanın bir ay ərzində ittihamları boynuna almadığını bildirir: “Qriqoryan onun saçından dartır, döyür, işgəncə verir, amma ittihamları qəbul eləmir. Axırda Qriqoryan Aynanın döşünün ucuna sap keçirir və dartır, onda qışqırmağa başlayır, işgəncəyə dözmür, tabe olur. Bundan sonra Qriqoryan onu tapançası ilə güllələyir.

Sözümün canı budur ki, Ayna Sultanova erməni ilə mübarizə aparan qadın olub, ona heykəl qoyulub. Onun heykəlinin götürülməsini istəmək savadsızlıq əlamətidir. Biz ermənilərin cinayətlərinin təhlilində, onların altdan apardıqları siyasətin üzə çıxarılmasında geridə qalmışıq".

Nəsiman Yaqublu ile ilgili görsel sonucu

Nəsiman Yaqublu: “Müstəqilliyi quranların heykəli olmayan ölkədə müstəqilliyə qarşı olanların heykəlləri var” 

Tarixçi, BDU-nun müəllimi Nəsiman Yaqublu məsələyə ümumi yanaşmağın tərəfdarıdır. Onun fikrincə, bir sıra heykəllər ideoloji xarakter daşıyır: “Bu haqda düşünmək lazımdır. Cümhuriyyətçilərin heç yerdə heykəli, abidəsi yoxdur. Müstəqilliyi quranların heykəli olmayan ölkədə müstəqilliyə qarşı olanların heykəlləri var. Digər tərəfdən, ideoloji cəhətdən zərərli olsa da bu heykəlləri uçurmaq, dağıtmaq olmaz, qapalı yerdə, hansısa muzeydə saxlamaq lazımdır.

Çünki gələcək nəsillərə göstərməliyik, onların kimliyini, əməllərini çatdırmalıyıq və mərkəzdə müstəqillik uğrunda mübarizə aparmış insanların heykəllərini ucaltmalıyıq".

Deputat Musa Quliyev ile ilgili görsel sonucu

Musa Quliyev: “Ayna Sultanova öz dövrünün məhsuludur və heykəli bir memarlıq abidəsi kimi qalmalıdır”

Versus.Az xəbər verir ki, deputat Musa Quliyevin Müsavata bildirib ki, tarixi olduğu kimi qoruyub saxlamaq lazımdır:

“Ayna Sultanova öz dövrünün məhsuludur və kifayət qədər maarifçiliklə məşğul olub. Ona öz zamanına görə qiymət vermək lazımdır. Mən hətta Karl Marksın da heykəlinin götürülməsinin əleyhinə idim, çox gözəl də bir abidə idi. Bütün bunlar tariximizdir. Biz hər dövr dəyişdikcə zamana uyğun olaraq abidələri silsək millətin tarixi qalmaz. Hər dövrə öz zamanından baxmaq lazımdır. Eləcə də Ayna Sultanovanın fəaliyyətinə o dövrə görə qiymət verilməlidir. Eyni zamanda onun heykəli bir memarlıq abidəsi kimi qalmalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib