Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb

09:25 12-05-2019 | icon 25 | İdman
Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb.

 

Versus.Az xəbər verir ki, məlumatına görə, körpücük üzərinə ilk olaraq yaşı 20 və 23-ə qədər olan qadınlar çıxıblar. Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Yaşı 20-yə qədər olan qadınların mübarizəsində toplam 172 kq (74+98) nəticə və 249.5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kq (67+85) nəticə və 233.4 xalla Mərizyyə Məhərrəmova qızıl medal əldə edib.

 

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Qobustanlı Tehran Məmmədov toplam 196 kq (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 190 kq (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kq (80+96) nəticə ilə Əvəz tağıyev tutub.

 

Günün sonunda kişilər arasında çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. Toplam 226 kq (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşn Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kq (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kq (98+120) nəticə ilə Ömər Cavadov tutublar.

 

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə