“Azərbaycana sevgi ilə” konsert proqramı təqdim olunub

11:14 12-05-2019 | icon 32 | Mədəniyyət
“Azərbaycana sevgi ilə” konsert proqramı təqdim olunub

Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.

 

Versus.Az ONA-ya istinadən xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

 

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqili gecədə G.Verdinin, F.Cileanın və G.Puççininin əsərləri ifa olunub.

 

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. O, yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur "Time'' jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.

 

Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi ("Toska", C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

 

Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada "Motsareum" Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının "Half Way Around The World" konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verib.

 

Versus.Az

Xəbər lenti

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Razi Nurullayev: “Qoy bu tip bəyanat və hədələr həm də Minsk Qrupu ölkələrinə verilsin”

FUAD ABBASOV ADLI AZƏRBAYCAN

"Doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil"

Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib

"Qırmızı körpü" bərpa olunur

Təzəpir məscidinin qarşısındakı bağ və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışı olub

"Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür"

Ramazan ayının 18-ci gününün duası

"Hər şeydən əvvəl o, bir azərbaycanlıdır, bizim soydaşımızdır"

"AXH üzvlərinə qarşı sifarişli həbslər baş verir"

İş yerində psixoloji terror - “Mobbing”

"Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda böyük futbol bayramı yaşandı

Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq

Nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru Azərbaycana gətirilib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə