"Regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar"

13:00 13-05-2019 | icon 11 | Cəmiyyət
"Regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar"

Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib və hazırda bu sahədə iş aparılır.

 

Versus.Az xəbər verir ki, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib.

 

Onun sözlərinə görə, hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna ehtiyac var. Bu baxımdan regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar.

 

E.Süleymanova Azərbaycanda gender bərabərliyinin təmin edildiyini qeyd edib. O əlavə edib ki, ötən dövrlərdə Avropa standartlarının Azərbaycan qanunvericiliyində tətbiqi üçün monitorinqlər keçirilib. Ombudsman Aparatı tərəfindən gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün tədbirlər davam etdirilir.

 

E.Süleymanova əlavə edib ki, qadınların iqtisadi asılılığının azaldılması üçün qeyri-hökumət təşkilatları və dövlət orqanları arasında qarşılıqlı dialoq aparılmaqla müəyyən işlər görülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə