Erməni tozanağı və Qarabağda “çempionat” hazırlığı

15:41 13-05-2019 | icon 14 | İdman
Erməni tozanağı və Qarabağda “çempionat” hazırlığı

Mayın 29-da Avropa Liqasının finalında “Çelsi”- “Arsenal” qarşıdurması məhz Bakı Olimpiya Stadionunda baş tutacaq. Ermənilər başlayıblar ki, ay haray, qoymayın, Azərbaycan “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın ölkəyə girişinə icazə vermir!

 

Versus.Az Müsavat.coma-a istinadən bildirir ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Mxitaryanın gəlişinə heç bir əngəl yoxdur. Nəinki onun... Azərbaycanda çoxlu mühüm idman tədbirləri keçirilib və onlarda erməni idmançılar da iştirak ediblər. Hətta erməni deputatlar, nazir müavinləri dəfələrlə Bakıda olub, birinin burnu qanamayıb. Ancaq kimə deyirsən? Ermənilər yenə kirimir. Ötən ilin payızında “Arsenal” Bakıda “Qarabağ”la qarşılaşanda da eyni tozanaq qoparmışdılar.

Sadəcə, Mxitaryan 2011-ci ildə işğaldakı torpaqlarımız səfər etdiyi üçün XİN onun ölkəmizə girişinə qadağa qoymuşdu. Bu səbəbdən onun Bakıdakı qarşılaşmada oynaması mümkün sayılmırdı. Lakin sonradan yenə də erməni futbolçuya “yaşıl işıq” yandırıldı. Bununla belə, gəlmədi, bəhanə etdi ki, təhlükəsizliyinə təminat yoxdur.

İndi yenə eyni “hava”nı çalırlar. Rəsmi Bakı son bir ayda ikinci dəfə bəyan edib ki, təhlükəsizliklə bağlı heç bir problem yoxdur.

Bu arada hətta UEFA da Mxitaryanın taleyindən narahat görünür. Azərbaycan XİN bir daha bəyan edib ki, idman siyasətdən kənardır. Gənclər və İdman Nazirliyi də Mxitaryanın təhlükəsizliyinə təminatın verilməməsi ilə bağlı iddiaları təkzib edib.

Bu tərəfdən də Britaniya XİN vətəndaşlarına çağırış edib ki, Bakıda sizi qarət edərlər, ehtiyatlı olun! Absurda baxın, bütün dünya ingilis azarkeşlərin əlindən bezar olub, bunlar da bizi qaralayır. Hər halda, Londonun çağırışı da Mxitaryanın soydaşlarının ürəyincədir.

Axı, nə baş verir? Fakt budur ki, 2018-ci ildə Bakı dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb. Elə isə ermənilər niyə bu qədər hay-küy salıb?

Azərbaycanı gözdən salmaq niyyəti bəllidir. Ancaq burada başqa bir məqsəd də var. 1-9 iyun tarixlərində Azərbaycanın işğal altındakı torpaqlarındakı qondarma separatçı-terrorçu rejim separatçı “dövlət”lərin “CONİFA” - (Müstəqil Futbol Assosasiyası Konfederasiyası) futbol üzrə “Avropa çempionatı”nı keçirməyə hazırlaşır.

Separatçılar hətta “çempionat”ın himnini də yayıblar, Xankəndi, Şuşa, Cıdır düzü, Kəlbəcərdəki məşhur Xudavənd məbədinin əks olunması fonunda...

Əslində bu gün Azərbaycan XİN Ermənistanın və Qarabağ separatçılarının bu həyasızlığına diqqət yetirməli, həmsədrlərdən bu oyunbazlığa son qoymağı tələb etməlidir. Nə olsun ki, bu “çempionat” UEFA və FİFA tanımır. Addımlar atırlarsa, cavabı adekvat olmalıdır. Bu, ərazilərimizin ilhaqı istiqamətində növbəti gedişdir.

Ermənilər daim bu taktikadan istifadə edib: Azərbaycanı günahlandırıb, işğal ediblər, bizi soyqırımda günahlandırıb, özləri soyqırım ediblər. İndi də keçirəcəkləri futbol yarışından diqqəti yayındırmaq üçün Azərbaycanı suçlu çıxartmaq istəyirlər.

Əslində Bakı birmənalı bəyan etməliydi ki, Mxitaryanın ölkəmizə girişi mümkünsüzdür. Qoy öncə o, Azərbaycan dövlətindən və xalqından üzr istəsin, Qarabağda olmuş digər əcnəbilər kimi! Lapşindən böyük qəbahət edib bu dığa! Nə olsun futbol ulduzudur...Terroru dəstəkləyib! Fakt? Buyurun: vaxtilə Rusiyanın sports.ru saytında erməni jurnalist Ararat Mamberyan yazmışıdı ki, Mxitaryan 2009-2012-ci illərdə hələ Ukraynanın “Şaxtyor” klubunda çıxış edərkən Xankəndiyə dəfələrlə gedib, xeyriyyə tədbirləri keçirib. Deməli, Qarabağdakı “futbol çempionatı” da onun adı ilə bağlıdır. Özü Bakıda oynayacaq, yetirmələri də Ağdərədə!!!

Hətta Bako Saakyan futbola dəstəyinə və xeyriyyə aksiyasına görə Mxitaryana “xalq müdafiəçisi” ordenini verib. Bütün bunlardan sonra o, nə üzlə Bakıya gəlmək istəyir?! Digər tərəfdən, Qarabağda separatçıların “çempionat” keçirməsinə susan UEFA nə haqla Azərbaycandan öhdəliklərinə əməl etməyi tələb edir?..

İşğalçı bizimlə bəhsə girməyə çalışır. Biz Cocuq Mərcanlıda ağac əkirik, onlar da Cəbrayılda... Biz futbola ev sahibliyi edirik, onlar da oyuncaq “çempionat” keçirir.

Ermənilərin Qarabağda çempionat keçirmək istədiyi Ağdərə stadionunu isə mərmilərlə şumlamaq pis olmazdı. Heç olmasa XİN və Müdafiə Nazirliyi oyunlara qatılmaq istəyənləri xəbərdar etsin...

 

Versus.Az

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək