Aydın Xırdalanlının anası: “Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm

16:59 13-05-2019 | icon 19 | Cəmiyyət
Aydın Xırdalanlının anası: “Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından danışılıb.

Versus.Az  xəbər verir ki, meyxanaçının sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrindən danışıb:

 

 

Anası Bikəxanım Quliyeva Aydının ilk övladı olduğunu deyir:

“Aydın mənim ilk övladımdır, ilk dəfə ana sözünü ondan eşitmişəm. O, mənim arzullarımı, xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman bir şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam.

 

O vaxt müəlliməsi deyirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Musiqi məktəbinə qoydum, 5 il qarmon təhsili aldı. Ədəbiyyatla məşğul idi uşaqlıqdan, pəncərə kənarları, çarpayıların altı ancaq kitabla dolu idi. 4 övladım var, 3 oğlan biri qızıdır. O qədər mehriban idi ki, hətta qızımdan belə yaxın idi, ürəyindəki sözünü deyirdi.

 

2006-cı ildə evləndi, 29 yaşında. Övladı olmadı. Dedim ki, övlad sahibi ol. Qardaşı da dedi ki, övladımın birini verim sənə. Dedi ki, uzaqdan baxıram, elə onlar mənə övlad kimidir. Ən çox bacısının qızını istəyirdi. İlk məhəbbəti isə alınmadı. Hamıya ilk məhəbbət qismət olmur.

 

Səhər dedi nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, uzanmıram burada öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Həkim telefonla dedi ki, iynə-filan vurdurduq, 2 gün sonra apararıq yenə.

Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy. Sən demə Şah İsmayıl Xətai də hansısa ayın 23 ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi. Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm”.

Xalası Bibixanım Həsənova: “Uşaqlıqdan hazır cavab idi. Uşaqların arasında həmişə seçilirdi. Hörmət qazanan biri olub”.

Qardaşı Ziya Quliyev: “Uşaqlıqdan mənə ərəb dili öyrədirdi, məscidə aparırdı. Məktəbdə problemlərimizlə maraqlanırdı. Mən məktəbə gedəndə, o artıq məktəbi bitirirdi. Aramızda qorxu da var idi, hörmət də. O nəsə yazanda birinci mənim üçün oxuyurdu və fikrimi soruşurdu.

Narkoloji disponserə gedib-gəlirdi. Ora yanan vaxt hamı elə bildi ki, Aydın da orada idi. O hadisədən 1 həftə əvvəl Aydın oradan çıxıb evə gəlmişdi, çünki müalicəsini bitirmişdi. O meyxana deyəndə də elə hiss olunurdu ki, Aydın əsəbi adamdır. Kimsə düz nəsə etməyəndə əsəbləşirdi. 2011-ci ildən 2013-cü ilə kimi heç nə etmədi, tərgitmişdi. Zığdan gələndə yüksək sürətlə avtomobil idarə edib və işıq dirəyinə dəyərək avtomobili aşırtmışdı. Amma nəsə olmadı, burnu belə qanamadı”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib