BAKIDAKI İLK KONSERT MÖHTƏŞƏM SEVGİYLƏ QARŞILANDI

23:09 13-05-2019 | icon 32 | Şou-biznes
BAKIDAKI İLK KONSERT MÖHTƏŞƏM SEVGİYLƏ QARŞILANDI

Ötən həftə Elektra Events Hall-da Rusiyada məşhur olan azərbaycanlılardan ibarət (Aleksandr Əliyev və Nəvai Bəkirov) HammAli&Navai rep duetinin konserti baş tutub.

 

Versus.Az-ın məlumatına görə, duet Bakıda ilk dəfə olaraq çıxış edirdi və ətrafına 3000-n çox tamaşaçı toplamışdır. Moskvada yaşayan ifaçılar. MDB musiqi sərhədlərində “PUSTİTE MENYA NA TANSPOL” (Məni rəqs meydançasına buraxın) adlı hiti ilə məşhurlaşıblar (YouTube-də baxışlar 100 milyona çatıb).

 

Duet ortaqları mahnılarını ifa etdikcə, zalda olanlar, demək olar ki, bütün mahnıları onlarla bərabər ifa edirdilər. Konsetin sonunda isə Ali və Navai yenə də tamaşaçılarla bərabər olaraq Səməd Vurğunun “Azərbaycan” şeirini oxudular.

Aleksandr Əliyev qeyd etdi ki, Bakıda keçirilən konsert ən çox möhtəşəm keçdi... Biz harada oluruqsa olaq, ulu öndərin sözləri bizimlə olmalıdır – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycalıyam”. Və bu sözləri səsləndirərək, ifaçılar səhnəyə Azərbaycan Bayrağı ilə çıxdılar. Gurultulu alqışlar müşaiyyəti ilə HammAli əlavə edərk dedi – “Biz möhtəşəm və böyük bir millətik”.

Onu da qeyd edək ki, konsert JARA Live layihəsi çərçivəsində keçirilib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib