Bəstəkarın xatirəsi anılıb

12:25 14-05-2019 | icon 24 | Mədəniyyət
Bəstəkarın xatirəsi anılıb

Mayın 13-ü dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anım günüdür.

 

Versus.Az xəbər verir ki, bu münasibətlə Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkarın xatirəsi anılıb.

Muzeydə bəstəkarın şəxsi əşyalarından fotoobyektlər, ailəyə məxsus olan məktublar, fotolar, parker qələmləri nümayiş olunub.

 

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarına görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

 

Bəstəkarın qızı Züleyxa Qarayeva tədbir iştirakçılarını salamlayaraq Qara Qarayevi yada salıb gədiklərinə görə hamıya minnətdarlığını bildirib. O, muzeyin eksponatları haqda məlumat verib. Qeyd edib ki, dövlətin göstərdiyi qayğı nəticəsində onun yaradıcılığı unudulmur.

 

Tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə deyib ki, Qara Qarayev Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna rol oynamış bir sənətkardır:

“Əlbəttə Qara Qarayevin bir sıra nailiyyətləri var ki, onlar bizim üçün bir sərvətdir. Onun yaratdığı məktəb indi də öz bəhrəsini verir”.

 

Qeyd edib ki, Qara Qarayevin sənəti çox rəngarəngdir və onun əsərlərini hər dəfə dinlədikcə yeni cəhətlər kəşf edilir.

Sonra bəstəkarın “Çılğın Qaskoniyalı” müziklindən fraqmentlər səsləndirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə