“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

13:15 14-05-2019 | icon 107 | Siyasət
“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Fuad Əliyev: “Əli İnsanovu hakimiyyətdaxili proseslərdən uzaqlaşdırmaq istədilər”

 

"Əli İnsanovu saytınızın vasitəsilə azadlığa çıxması münasibəti ilə təbrik edirəm. Əli İnsanov vaxtilə Yeni Azərbaycan Partiyasının əsas qurucularından biri, əsas fiquru olub. Onun bu gün müxalifətçiliyi seçməsi sözsüz ki, vətəndaş mövqeyidir. Eləcə də, gələcəkdə siyasi partiya yaratmaq istəyi və bu istiqamətdə atacağı digər addımlara görə də ona uğurlar diləyirəm".

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən çıxar-çıxmaz verdiyi müsahibəyə görə üzləşdiyi əks reaksiyalarla başğlı açıqlamasında deyib.

 

F.Əliyev bildirib ki, Ə.İnsanov yeni bir müxalif təşkilat yaradacaqsa, bu onun öz qərarına bağlıdır və bu, siyasətə yeni bir təkan olar. Radikal, yaxud normal siyasət aparacağını isə gələcək gösərər.

 

Partiya sədri eyni zamanda keçmiş YAP-çının həbsdən sonra məhz AXCP, Müsavat, Milli Şura ilə əməkdaşlıq edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət sərgiləyib. Bildirib ki, əgər Ə.İnsanov müxalifətçilik yolunu seçəcəksə onunla əməkdaşlığa hazırdılar:

 

“Yəqin ki, Əli İnsanov Xalq Hərəkatının yaranması və fəaliyyəti ilə tanış olmadığı üçün həmin vaxt onun adını çəkməyib. Əli İnsanovun yeni yaradacağı təşkilatın ideyaları Xalq Hərəkatının ideyaları ilə üst-üstə düşərsə, bu qururmlar əməkdaşlıq qura bilər”.

 

F.Əliyev onu da vurğulayıb ki, Ə.İnsanovun regionla bağlı fikirləri yenicə həbsdən çıxan bir şəxsin psixoloji gərginlikdən dolayı ifadələri yerində işlətməməsi kimi dəyərləndirilməlidir. Partiya sədrinin sözlərinə görə, istənilən siyasətçi bilir ki, regionçuluqla bağlı fikirləri onun özünə qarşı işləyə bilər:

 

“14 il həbsxana həyatı yaşayan bir insanın azadlığa çıxandan yarım saat sonra belə bir fikir işlətməsini anlamaq olar. Hətta onunla bağlı belə bir səhnə var: nəvəsi Əli İnsanovun yanına gəlir və o, uşaqdan "sən kimin uşağısan" - deyə, soruşur. O, 14 il həbsxanada olub və həmin müdətdə ailəsi ilə görüşməyib. İnsan 14 il yox, 1 ay da həbsdə yatanda onun psixologiyasında dəyişikliklər olur”.

 

Partiya sədri hesab edir ki, bütün hallarda istənilən vətəndaşın fikri səblə qarşılanmalıdır:

 

“O, təcrübəli siyasətçidir. Postheydər dönəmində aparıcı simalardan biri ola bilərdi. Bəlkə də Əli İnsanovu hakimiyyətdaxili proseslərdən bu səbəbdən uzaqlaşdırmaq istədilər. Adını inqilabla əlaqələndirib, 14 il zərərsizləşdirdilər. Ona görə də onun bu gün müxalif mövqedə durmağını normal qəbul edirəm. Bütün hallarda İnsanov hansı regiona işləmək, hansı region partiyasını yaratmaq istəyirsə, bu onun öz işidir. Buna qeyri-adi don geyindirmək lazım deyil”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə