"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı dəyişməzdir"

13:59 14-05-2019 | icon 14 | Siyasət
"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı dəyişməzdir"

Hikmət Hacıyev: "Münaqişənin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir"

 

Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

 

N.Paşinyanın açıqlamasına gəldikdə isə, Administrasiya rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir:

"Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münaqişənin həllində irəliləyiş və bölgədə sülh təmin oluna bilər. Danışıqların formatına gəlincə isə, münaqişənin iki tərəfi vardır ki, bu da Ermənistan və Azərbaycandır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə