Göygöldə epizootiya əleyhinə tədbirlər davam etdirilir

07:26 15-05-2019 | icon 18 | İqtisadiyyat
Göygöldə epizootiya əleyhinə tədbirlər davam etdirilir

Göygöl rayonu ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Versus.Az-a verilən məlumata görə, Göygöl Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 44 kəndində saxlanılan 21000 baş iribuynuzlu, 163000 baş xırdabuynuzlu, 1800 baş təkdırnaqlı heyvana, 3500 sahibli itə və 821200 baş ev quşuna baytarlıq xidməti göstərirlər.

 

Cari ilin müvafiq dövrü ərzində Göygöl rayonu ərazisində 21027 baş iribuynuzlu, 163206 baş xırdabuynuzlu və 1804 baş təkdırnaqlı heyvanda qarayara, 3534 baş sahibli itdə quduzluq, 98 baş iribuynuzlu, 49 baş xırdabuynuzlu heyvanda brusellyoz, 6013 baş iribuynuzlu, 6194 baş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 299754 (“H” ştammı ilə) baş quşda və 416002 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

 

Fevral ayından Göygöl rayonunda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 21261 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.

 

Mart ayının ilk günlərindən isə Göygöl Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 21477 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayonda 77866 kvadratmetr sahədə dezinfeksiya, 38960 kvadratmetr sahədə dezinseksiya və 4713 baş iribuynuzlu heyvanda çimizdirmə işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

 

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2433 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda, vərəmə qarşı 977 baş iribuynuzlu heyvanda, manqoya qarşı 1040 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib. Eləcə də cari ilin müvafiq dövrü ərzində 1016 baş iribuynuzlu, 1205 baş xırdabuynuzlu heyvandan və 941 baş quşdan kal (nəcis) nümunələri götürülərək Göygöl Regional Sınaq Laboratoriyasına göndərilib.

 

Hazırda Göygöl rayonunda xırdabuynuzlu heyvanlarda çiçək, dabaq və bruselyoz, iribuynuzlu heyvanlarda brusellyoz və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri, eləcə də təsərrüfatlarda sağlamlaşdırıcı dezinfeksiya və dezinseksiya işləri, yaz-yay mövsümü ilə əlaqədar heyvanların qan-parazitar və digər transmissiv xəstəliklərdən qorunması məqsədilə çimizdirilmə tədbirləri aparılır.

 

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Versus.Az

Xəbər lenti

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Razi Nurullayev: “Qoy bu tip bəyanat və hədələr həm də Minsk Qrupu ölkələrinə verilsin”

FUAD ABBASOV ADLI AZƏRBAYCAN

"Doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil"

Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib

"Qırmızı körpü" bərpa olunur

Təzəpir məscidinin qarşısındakı bağ və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışı olub

"Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür"

Ramazan ayının 18-ci gününün duası

"Hər şeydən əvvəl o, bir azərbaycanlıdır, bizim soydaşımızdır"

"AXH üzvlərinə qarşı sifarişli həbslər baş verir"

İş yerində psixoloji terror - “Mobbing”

"Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda böyük futbol bayramı yaşandı

Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq

Nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru Azərbaycana gətirilib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə