ALDP: Respublika Günündə siyasi məhbusların azadlığa buraxılmasını gözləyirik

12:08 15-05-2019 | icon 36 | Siyasət
ALDP: Respublika Günündə siyasi məhbusların azadlığa buraxılmasını gözləyirik

Fuad Əliyev: "Torpaqlarımız tam işğaldan azad olunmayana qədər bu problemi gündəmdə saxlamalıyıq"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Hərəkatının (AXH) 25 mayda planlaşdırdığı mitinq, Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin anım günü, 28 may Respublika günü ilə bağlı dövlət rəhbərliyinə müraciətin edilməsi və bəzi təşkilatı məsələlər müzakirə olunub.

 

ALDP Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, ALDP sədri Fuad Əliyevin təklifi ilə 2002-ci il mayın 16-da vəfat edən Milli Azadlıq Qərargahının (MAQ) rəhbəri Oqtay Eldəgəzin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

 

Partiya sədri Oqtay Eldəgəzin rəhbərliy ilə MAQ üzvlərinin Azərbaycanın müstəqillik üğrunda mübarizə aparmaqlarından söz edib:

 

"Bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərqdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar. Oqtay Eldəgəz bu bayrağın bir daha yüksəlməsi və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan xalqı onun kimi mübariz insanları yad etməyə borcludur”.

 

Toplantıda həmçinin ALDP-nın AXH-nın 25 may Qarabağ mitinqində iştrakı müzakirə olunub. Partiya sədri ALDP-nin Qarabağ mitinqində iştirakını vacib hesab edib:

 

"Qarabağla bağlı istənilən tədbirlərə, yürüşlərə, mitinq və piketlərə partiya üzvləri öz dəstəyini verməlidirlər. Torpaqlarımız tam işğaldan azad olunmayana qədər bu problemi gündəmdə saxlamalıyıq”.

 

Fuad Əliyev Novruz bayramı ərəfəsində məhkum edilmiş şəxslərin əfv fərmanı ilə azad olunmalarından söz edərək, bu əfvin onların ailələrinə və yaxınlarına, xalqımıza böyük sevinc bəxş etdiyini vurğulayıb:

 

"Siyasi məhbusların azadlığa buraxılmalarını təqdirəlayiq hal hesab edirik. Bir neçə tanınmış siyasi məhbus azadlığa qovuşdu. Güman edirik ki, hələ həbsdə qalan digər siyasi məhbuslarımız da 28 may Respublika günü münasibətilə növbəti əfv fərmanlarında azad ediləcəklər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ