Londondan Bakıya ən bahalı aviabileti “British Airways” şirkəti satır 

12:36 15-05-2019 | icon 16 | Cəmiyyət
Londondan Bakıya ən bahalı aviabileti “British Airways” şirkəti satır 

Versus.Az xəbər verir ki, mayın 29-da Azərbaycanda keçiriləcək UEFA Avropa Liqasının final matçı öncəsi Britaniya Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına verdiyi səyahət tövsiyəsi hələ də müzakirə olunmaqdadır. Bu tövsiyədə Bakıda ictimai yerlərdə terror təhlükəsinin, yaxud bura gələn azarkeşlərin soyğunçuluğa məruz qalması ehtimalının olmasına dair fikirlərlə yanaşı, paytaxtımıza gediş-gəlişin və yerləşmə qiymətlərinin baha olması barədə fikrin də yer alması diqqəti cəlb edir.

 

Bu fikrin bir hissəsi - yerləşmə qiymətlərinin baha olması reallığa yaxındır. Belə ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində turizm obyektləri baha qiymətləri ilə həmişə cib yandırıb. Ölkədə orta və aşağı qiymətli turizmin inkişafı istiqamətində atılan addımlar hələ real nəticə verməyib. Bu baxımdan, Bakıya gəlmək istəyən ingilis azarkeşlərin yerləşmə xərclərinin yüksək olacağını gözləmək olar.

Bakıya gediş-gəliş qiymətlərinə gəlincə, bu, Azərbaycandan asılı olmayan bir məsələdir. Belə ki, Londondan Bakıya uçuş edən ona yaxın şirkətin yalnız biri Azərbaycana məxsusdur. AZAL aviaşirkətinin London-Bakı-London reysi üzrə təklif etdiyi qiymətlər isə orta qiymət hesab oluna bilər.

Belə ki, mayın 29-30-u üçün internet üzərindən London-Bakı-London reysi üzrə təyyarə biletlərinin axtarışını verdikdə, məlum oldu ki, ən baha qiyməti elə Böyük Britaniyaya məxsus “British Airways” şirkəti təyin edib - 7 203 manat. İkinci yerdə gələn İsveçrənin “Swiss International Air Lines” şirkəti 29-30 mayda London-Bakı-London reysi üçün 7040 manat qiymət müəyyənləşdirib. Üçüncü olan “Lufthansa” eyni reysə az qala ikiqat aşağı - 3314 manat, Türk Hava Yolları isə 3266 manat müəyyənləşdirib. Bu qiymətlər 10 faizə yaxın endirimlərdən sonrakə vəziyyəti əks etdirir.

AZAL ile ilgili görsel sonucu

AZAL-ın tətbiq etdiyi qiymətləri 29-30 may tarixləri üzrə müəyyənləşdirə bilmədik (bütün yerlər dolduğuna görə), amma oyundan əvvəlki və sonrakı günlərə eyni marşrut üzrə qiymətlər təxminən Türk Hava Yollarının təklif etdiyi məbləğlə eynidir. Aviaşirkətdən “Yeni Müsavat”a verilən məlumata görə, matç ərəfəsində biletlərdə hər hansı qiymət artımına gedilməyib, əksinə, müəyyən endirimlər də edilib. Yəni AZAL-ın qiymətləri Böyük Britaniya vətəndaşları üçün yenilik deyil - uzun illərdir onların gəlib-getdiyi qiymətlərdir.

Onu da bildirək ki, bu günlərdə İngiltərənin “Arsenal” və “Çelsi” klublarının azarkeşlərinin Londondan Bakıya səfərini təşkil edəcək “Thomas Cook Sport” şirkəti vahid qiyməti açıqlayıb. Şirkətin rəsmi saytında yer alan məlumata görə, final biletini təqdim edəcək hər bir şəxs 979 funt sterlinq (təqribən 2150 manat) ödəməklə gediş-dönüş paketi əldə edəcək (Report).

Birgünlük səfər paketinə təyyarə bileti və Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionuna avtobusla gediş-gəliş daxildir. Londondan uçuş oyun günü saat 8:30-a (Bakı vaxtı ilə saat 11:30) nəzərdə tutulub. Geri dönüş isə matçdan sonra - mayın 30-u səhər saatlarında olacaq.

 

Bildirilir ki, uçuş saatlarının dəyişdirilməsi mümkündür.

“Thomas Cook Sport” şirkəti İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının azarkeşlərinə Çempionlar Liqasının iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq final matçı üçün oxşar paketi 559 funt sterlinqə təklif edir. Lakin nəzər almaq lazımdır ki, Londondan Bakıya hava məsafəsi 3967.84 km olduğu halda, Londondan Madridə 1263,01 km-dir. Yəni məsafə olaraq götürülərsə, şirkətin İspaniya paytaxtına gediş-gəliş paketinin qiyməti Bakı ilə müqayisədə bahadır.

Bu arada Dövlət Turizm Agentliyinin verdiyi məlumata görə, AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərinin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Britaniya XİN-in Bakı ilə bağlı qiymət bahalığından şikayətçi olması həm də o baxımdan anlaşılmır ki, bu ölkənin özü hər sahədə qiymətlərin yüksəkliyi ilə tanınır. Britaniyada təhsil, səhiyyədən tutmuş, turizmə qədər bütün növ xidmətlər digər Avropa ölkələri ilə müqayisədə xeyli yüksəkdir.

Digər tərəfdən, beynəlxalq miqyaslı yarışlara dəfələrlə ev sahibliyi etmiş London yaxşı bilir ki, hər bir ölkənin belə tədbirləri öz ərazisində keçirməyə çalışmasının arxasında daha çox gəlir əldə etmək istəyi dayanır. Bakının da bütün dünyada maraqla izlənəcək matçın keçirilməsindən gəlir əldə etmək istəməsi təbiidir. Hər halda, Böyük Britaniya XİN bütün ingilis azarkeşlərin Bakıya pulsuz daşınıb, pulsuz yerləşdirilməsini gözləmirdi.../müsavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ