"Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur"

12:46 15-05-2019 | icon 105 | Qarabağ
"Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur"

Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur.

 

Versus.Az trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.

Erməni jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin danışıqlar prosesinə qoşulmadan münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail olmağın mümkün olmadığı barədə ifadəsinə E.Məmmədyarov cavab verib:

"Fikrimcə, bu, tam düzgün deyil, çünki danışıqlar apardığımız bu illər ərzində həmsədrlər regiona səfər edib və Qarabağa gedib, orada erməni icmasının nümayəndələri ilə söhbət edib. Bundan başqa, həm əvvəlki, həm də indiki administrasiya ümid edirəm ki, danışıqlarla bağlı erməni icmasını məlumatlandırır. Yeri gəlmişkən, sizin rəhbərliyiniz də bəyan etmişdi ki, məlumatlandırırlar. Məsələ onda deyil ki, iştirak edirlər, ya yox. Məsələ ondadır ki, prosesi başa çatdırmaq üçün nizamlanmaya ciddi siyasi yanaşma sərgiləməliyik. Mən bunu substantiv danışıqlar adlandırıram, siz predmet danışıqları adlandıra bilərsiniz. Öz Konstitusiyanızı oxuyun, 1990-cı illərin konstitusiyasını, ondan sonra danışarıq. Siz oturub özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. Mənim bir sualım var - Azərbaycanla 30 il müharibədən erməni xalqı nə əldə etdi?"

Erməni jurnalistin "Bəs Azərbaycan xalqı nə əldə etdi?" sualına cavab olaraq nazir yolların açılışını, qaz və neft kəmərlərinin tikintisini göstərib: "Bütün bunlar azdır?"

E.Məmmədyarov qeyd edib ki, xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur:

"Sizin dörd ölkənin azı ikisi ilə sərhədləriniz bağlıdır. Üçüncüsü ilə də bağlanmaq üzrədir. Və? Düşünün, özünüzə sual verin".

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi

Qızlarınızın dizini sındırmayın