Elçin Mirzəbəyli - yüksək mənəvi keyfiyyətlər və fitri istedadın vəhdəti

14:29 15-05-2019 | icon 33 | Cəmiyyət
Elçin Mirzəbəyli - yüksək mənəvi keyfiyyətlər və fitri istedadın vəhdəti

Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər

 

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmaz, kiminsə qeybətini etməz. Nadanlardan uzaq durub, haqsızlığın baş qaldırdığı yeri sakitcə tərk edər. Yüksək mənəvi, əxlaqi keyfiyyət sahibidir. Başını bircə dəfə də olsun qaldırıb necə deyərlər, naməhrəmə baxmaz. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər. Davranışında, hərəkətlərində bir kübarlıq vardır. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara layiq görüldüyü də yəqin ki, əlahəzrət Zamanın qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, bu insan sözün əsl mənasında fitri istedada malikdir, ədəbli şəxsiyyətdir. Necə deyərlər, hər tərəfli mükəmməl…

 

Rəhbərlik etdiyi kollektivdə çalışan əməkdaşlarından biri deyir ki, - "Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranır, sərbəst iş rejimi yaradıb. Bundan sui istifadə halları da yoxdur. Hər kəs bundan sui istifadəni özünə ayıb bilir"...

 

Xeyli şeirlər yazıb, gözəl poeziya nümunələri yaradıb. Onları oxuduqca mənəvi zövq alırsan, bədəndə ruh dincəlir:

 

Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam...
Nə sən duyansan.
"Ömürdü, həyatdı…”, - dedim,
Olmadı -
Hər nədir, adını özün qoyarsan.

 

Neyləyim, verdiyin su ömrü deyil
Yağışda danışım, seldə danışım.
Ya mənim dilimdə yaz taleyimi,
Ya da... 
Sən bildiyin dildə danışım...

 

Göy üzü yorulub dualarımdan -
Bəlkə süzgəçindən keçmir, İlahi?
Mən hər gün ömrümün son baharından
Köçürəm,
Vücudum köçmür, İlahi.

 

Nə hesab soranam, nə hesab yazan -
Varlığım kimsəyə qənim ki deyil.
Daha yol qalmayıb
Yolundan aza -
Bu sənin dünyandı, mənimki deyil.

 

Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq isnadan yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi yaşadığı mühitdən daha gözəldir. Bu aləmdə fitnə-fəsada, mənəvi eybəcərliklərə yer yoxdur. Uzaq Amerikada bir qəribin vətən təşnəsinə sərinlik səpən bu misralardakı kimi:

 

Yoruldum qapımı döyən küləkdən,
Üşüdür bu soyuq ev məni, Tanrım!
Sən də mənim kimi tənhasan, təksən,
Sev məni, sev məni, sev məni, Tanrım!

 

Bəli, sizinlə Elçin Mirzəbəyli haqqında danışırdım…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib