“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

08:38 16-05-2019 | icon 177 | Sağlamlıq
“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Nərminə Abbasova: “Mütləq qaydada sidiyin ümumi analizi, sidiyin əkilməsi prossesi həyata keçirilməlidir”

 

 

 

Enurez gecə və ya gündüz qeyri-iradi sidik ifrazı deməkdir. Bu xəstəli müxtəlif yaş dovrlərində uşaqlarda və böyüklərdə) rast gəlmək olar. Enurez termini ilə yanaşı aşağıdakı terminlər də tez-tez istifadə edilir:
gecə enurezi, yuxuda sidikqaçırma, gecələr sidiyi saxlaya bilməmək, inkontinens və s. Enurez geniş yayılmış patologiyadır. Məsələn, ABŞ-da enurezdən hər il 5-7 milyon uşaq əziyyət çəkir.

 

 

 

 

 

HƏKİM-TERAPEVT NƏRMİNƏ ABBASOVA

 

 

Uşaqlarda enurezlə bağlı Versus.Az-a danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi Nərminə Abbasova bildirib ki, diaqnoz 5 yaşından sonra qoyulur. Çünki 5 yaşına qədər uşağın sidik ifrazı yuxuda olan zaman nəzarətdən çıxa bilər.

Həkimin sözlərinə görə, 5 yaşından sonra uşaqda beyinin yetkinliyi kifayət qədər olmasa, o, yuxuda olan zaman sidik kisəsinin dolmasını və sidik ifraz eləməyi nəzarətdə saxlaya bilməz:

 

“Bu xəstəliyin səbəbləri müxtəlifdir. Birinci növbədə genetik faktorun rolunu qeyd etmək olar. Təəssüflər olsun ki, belə ailələr adətən arxayın olurlar ki, uşaqda da bu bir müddət sonra dayanacaq. Ancaq bu xəstəlik həm uşağın psixologiyasına mənfi təsir edir, həm də anaya narahatlıq, əsəb verir”.

 

Nərminə həkim ikinci bir səbəb kimi bətndaxili hər hansı bir xəstəliyi, yaxud doğuş zamanı və ya doğuşdan sonrakı problemləri önə çəkib. Vurğulayıb ki, belə uşaqların yaddaşı və ya nitq inkişafı zəif olur, verilən informasiyanı yaşıdlarından gec qavrayırlar.

Həkim qeyd edib ki, Enurezə digər səbəb infeksiyalar ola bilər. Onun sözlərinə görə, belə uşaqlarda mütləq qaydada sidiyin ümumi analizi, sidiyin əkilməsi prossesi həyata keçirilməlidir. Və xəstəliyə səbəb hər hansı faktorlar varsa, müalicədən əvvəl onu aradan qaldırmaq vacibdir:

 

“Bu səbəblər arasında hormonol problemlər də ola bilər. Ümumiyyətlə, orqanizmdə sutka ərzində sidik ifrazı gündüzə nisbətən gecələr az olmalıdır. Bunu da nəzarətdə saxlayan vazopressin hormonudur. Bəzi uşaqlarda bu hormonun çatışmazlığı səbəbi ilə sidiyin ifrazı çox olur”.

 

N.Abbasova ikincili enorezin uşaqda müəyyən bir müddətdən sonra başladığını vurğulayıb. Bildirib ki, bu, hər hansı bir stressdən, ailədaxili münaqişələrdən və digər uşaq psixologiyasına təsir edən səbəblərdən yarana bilər:

 

“Stressdən əmələ gələn enorezin müalicəsəni psixoloqla birlikdə həyata keçiririk. Öz təcrübəmdən də deyə bilərəm ki, ən çox rast gəldiyim beyin yetkinsizliyi səbəbidir. Belə hallarla qarşılaşdığımız zaman çalışırıq ki, beyinlə sidik kisəsi arasındakı əlaqəni yaxşılaşdıraq. Belə uşaqlar adətən çox dərin yatdıqları üçün sinir sistemləri ilə daha çox işləyirik”.

 

 

Həkim Enurezin müalicə üsulundan da danışıb. Bildirib ki,

hazırda Enurezin müalicəsinin 300-dən artıq müalicə metodu var:

 

“Hər bir uşaq üçün düzgün metodun seçilməsi optimal qısa müddətdə sağalmanı təmin edə bilər. Həkimin bütün tövsiyyələrinin yerinə yetirilməsi və ailənin psixoloji ehtiyatlarının cəlb edilməsi müsbət və davamlı effekti təmin edir.

Birincili gecə enurezinin müalicəsi zamanı maye qəbulu qaydasına əməl olunmalıdır. Uşaq gün ərzində kifayət qədər maye qəbul etməli, yatmazdan isə ən azı ya 2, ya 3 saat əvvəl maye qəbulunu dayandırmalıdır.

Gecə enurezinin müalicəsi uzun bir prosesdir, aylar, bəzən illər tələb edir. Buna görə valideynlər səbirli olmalıdılar. Gecə enurezindən əziyyət çəkən uşağı gecələr sidiyə çıxmaq üçün oyatmaq qəti qadağandır! Gecə uşaq yatmalıdır. Lakin müalicə olunmalıdır ki, o, öz orqanizminə nəzarət edə bilsin.

Farmakoloji müalicə əksər hallarda xəstəliyin konservativ müalicəsinin digər üsulları - “davranış terapiyası” və elektrostimulyasiyanın, homeopatik vasitələrin tətbiqi şəraitində effektli olur”.

 

Enurezin səbəbi araşdırıldıqdan sonra, müalicəsində xəstəliyin səbəblərinə uyğun olan fizioterapevtik müalicə novü seçildiyini deyən Nərminə xanım vurğulayıb ki, Enurezin doqquzadan çox formaları müəyyən olunub. Əsa səbəblər kimi bunlar sadalanır:

 

  1. Onurğanın və onurğa beyninin inkişaf anomaliyaları.

    2. Sinir sisteminin zədələnməsi.

    3. Psixoloji stresslər, psixikanın pozulması.

    4. Nevrozlar.

    5. Böyrəklərin, sidik kisəsi, sidik yollarının funksiya pozulması və inkişaf qüsurları.

    6. İnfeksiyalar.

    7. Bəzi hormonların sekresiya ritminin pozulması.

    8. İrsi faktorlar.

    9. Bağırsaq parazitləri və sair.


Nərminə həkim sonda qeyd edib ki, Enurez vərdiş deyil, xəstəlikdir:

 

“Ona görə də uşağı döyərək təhqir etmək lazım deyil. Yuxuya ya 2, ya 3 saat qalmış maye azaldılmalı, ailədə maksimum sakitlik yaradılmalı, uşaq stressdən uzaq olmalıdır. Bunlara əməl eləməklə müalicəsi 99% effekt verir”.


DİQQƏT!

Əgər siz ENUREZLƏ və sidik sisteminin digər pozulmaları ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib