Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq?

13:36 16-05-2019 | icon 72 | Cəmiyyət
Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq?

26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran prisi ilə bağlı quraşdırılan avadanlıqların bir hissəsi artıq sökülüb.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

N.Arpadarai bildirib ki, yarış bitdikdən dərhal sonra artıq avadanlıqların sökülməsinə başlanılıb. Onun sözlərinə görə, küçələrin bir qismi artıq təmizlənib, avadanlıqlar sökülərək anbara aparılır.

Şöbə rəhbəri vurğulayıb ki, bu işlərin təqribən bir aya yekunlaşdırılması nəzərdə tutulur: “Təqribən bir ay sonra növbəti yarışın keçirilməsinə hazırlaşacağıq. Hər zaman olduğu kimi çalışacağıq ki, növbəti Qran Pridə də yeniliklər edək, tamaşaçılar üçün maraqlı olsun”.

O qeyd edib ki, növbəti yarışın gələn ilin yay aylarında keçirilməsi nəzərdə tutulur, lakin dəqiq tarixi müəyyənləşdirmək üçün danışıqlar aparılır.

 

N.Arpadarai əlavə edib ki, ümumilikdə bu dəfə də Azərbaycan Qran Prisi maraqlı keçib: “Bu il sosial şəbəkədə bizim həştəqimiz ilk onluqda idi. Bu il Qran Pri əvvəlkilərə nisbətən bir qədər sakit keçdi. Yəni əvvəlki yarışlarda çoxlu hadisələr, qəzalar baş vermişdi. Biz builki nəticələrdən çox razıyıq”.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bu, islahat deyil, utancverici göstəricidir"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

"Bəs Əli Kərimli niyə susur?"

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar