Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib

17:57 16-05-2019 | icon 20 | Təhsil
Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib

Bu gün Azərbaycan Universitetində növbəti ənənəvi Karyera Günü keçirilib.

 

Versus.Az xəbər verir ki, Universitetdən verilən məlumata görə, “Karyerada ilk addım” şüarı ilə bu il beşincisi təşkil olunan tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar iştirakçılara öz vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.

 

Şirkət nümayəndələri və insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri qəbul edib, onlara düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini veriblər.

 

Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunlara müvafiq platforma təqdim etməklə onların iş dünyasına çıxışının dəstəklənməsi və gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.

 

İş dünyasının aparıcı şirkətləri ilə birbaşa təmasda olan tələbə və məzunlar özəl sektor və dövlət qurumlarında işə qəbul prosesinin qaydaları və mərhələləri ilə tanış olub, suallarını insan resursları departamentinin nümayəndələrinə ünvanlama imkanı əldə ediblər.

 

Tədbirdə iştirak edən şirkətlər

AtaBank
AtaTravel
Synergy Group
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Prezdenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət)
ASAN İnnovasiyalar Mərkəzi
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
İDRAK Texnoloji Transfer MMC
AtaHolding
Atəşgahsığorta
ATL Tech
Azercell
Baş Məşğulluq İdarəsi
Barattson
Cybernet
Azərbaycan Dəmir Yolları
Mənzil İnşaatı Dövlət Agentliyi
Mərkəzi Bank
Kapital Bank
Nikoil Bank
Exspressbank
Azər TürkBank
Azərbaycan Beynəlxalq Bankı
Millikart
“Nömrə 1” Tədris Mərkəzi
Oxbridge Academy
R.İ.S.K Company
SOCAR
Ultra
Veysəloğlu
Gilan Holding
“İnci” Şirkətlər qrupu
AVT Logistika
Odlar Yurdu sığorta brokeri
Şəms Tərcümə Xidmətləri
Vision Academy
Oscar Education

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə