“Türk Dünyası Platformunun dünya türklərini birləşdirəcək qurum olacağına əminik”

19:01 16-05-2019 | icon 153 | Cəmiyyət
“Türk Dünyası Platformunun dünya türklərini birləşdirəcək qurum olacağına əminik”

Mustafa Yılmaz: “Xocalı soyqırımı, Altınkörpü qətliamı təkcə azərbaycanlı, türkman qardaşlarımızın deyil, Türk Dünyasının sağalmayan yarasıdır”

 

Antalyada olduğum müddətdə maraqlı görüşlərdən biri də uzun illər Mədəniyyət və Turizm Nazirliyində çalışan Mustafa Yılmazla oldu. Mustafa bəyi həm də Türk Dünyasına xidmət göstərən, bu sıradan olan müxtəlif layihələrin, ideyaların müəllifi kimi tanıyırlar. Bütün Türkdilli dövlətləri, çografiyaları qarış-qarış gəzən, hər birinin tarxini, mədəniyyətini, iqtisadiyyatını, bütün sahələrini çox gözəl bilən Mustafa bəy gerçək bir türk sevdalısıdır. Elə buna görə də Antalyada fəliyyət göstərən müxtəlif türkdilli diaspora, dərnək rəhbərləri, üzvləri onu yaxşı tanıyırlar. Qapısı hamının üzünə açıqdır. Ən kiçik problemlərindən təşkilati məsələlərə, törənlərin, toplantıların, anım məraimlərinin, önəmli günlərin keçirilməsinə qədər bütün məsələlərdə yardımçı olur, məsləhətlərini verir.

 

Mustafa bəy həm də Türk Dünyası Platformunun qurucusudur. Deyir ki, platform cəmi altı aydır qurulub, məqsədləri və hədəfləri çox böyükdür:

 

 “Biz bu təşkilatı qurmamışdan öncə də Antalyada olan bütün türkdilli ölkələrin, xalqların dərnəkləri arasında xoşməramlı münasibətlər qurmaga, uyum saxlamaga çalışırdıq. Təbii ki, bacardıgımız qədər yardımlarımızı da əsirgəmirik. İstəyirik ki, bütün qardaş ölkələr, xalqlar bir-birlərinin tarixləri, mədəniyyətləri, adət-ənənələri, ədəbiyyatı, musiqisi ilə yaxından tanış olsunlar. Zatən,elə bizi  bütün bu sadaladıqlarım, ortaq tariximiz, mədəniyyətimiz, dilimiz, adət - ənənəmiz birləşdirir. Amma insanlarımız bir-birlərinə yaxınlaşdıqca, qaynayıb-qarışdıqca dogmalığımızın, yaxınlıgımızın daha çox fərqində olurlar”.

 

Mustafa bəy təəssüflə bildirir ki, müasir tariximizdə önəmli günlərlə birlikdə, nə yazıq ki, açı, kədərli səhifələrimiz, problemlərimiz də var:

 

“Azərbaycan torpaqlarının ermənilər tərəfindən işgala məruz qalması, Xocalı soyqırımı təkcə azərbaycanlı qardaşlarımızın deyil, Türk Dünyasının, bizim hər birimizin ürəyində sagalmayan yaradır. Eləcə də Kərkükdə yaşananlar, Altınkörpü soyqırımı, yaxın keçmişdə məhsəti türklərinin başına gətirilən müsibətlər. Təssüf ki, bu siyahını uzatmaq olar və türk cografiyasında baş verənlər hamımızı agrıdır. Biz bütün bunların dünyaya çatdırılmasında, səsimizin eşidilməsində də birlikdə çalışmalı, fəaliyyət göstərməliyik. Birlikdə səsimizin daha yüksəkdən eşidilməsinə, problemlərimizin çözülməsinə əminəm”.

 

Mustafa Yılmaz təkcə bu gün deyil, gələcək nəsillər üçün də dostluq, qardaşlıq, birlik təməlinin daha möhkəm atılmasının vacibliyini vurgulayaraq deyir ki, biz məlum səbəblərdən uzun illər boyu bir –birimizə həsrət, problemlərimizdən xəbərsiz yaşasaq da, övladlarımız türk cografiyasında qardaş olaraq böyüməli, yetişməlidirlər:

 

“Sovet rejimi bizi Azərbaycandan, digər türkdilli ölkələrdən – Qazaxıstandan, Özbəkistandan, Qırgızıstandan, Türkmənistandan yetmiş il uzaq, xəbərsiz qoydu, məcburən qopardı, digər türkdilli xalqlardan da. Amma övladlarımız bizim yaşadıqlarımızı yaşamamlıdırlar. Necə ki, bu gün istədiyimiz zaman Türkiyədən Azərbaycana rahat gedib-gəlirik, yəni bir evimizdən digərinə. Bütün bunları daha da əlcatan, yaxın etmək bizim borcumuzdur”.

 

Mustafa bəy bu mənada Türk Dünyası Platformunun bütün istəklərimizi gerçəyə çevirən bir qurum olacagına əminliyini bildirir:

 

“Burada bütün çalışmalarımızı, fəaliyyətlərimizi birləşdiririk. Qurumda həm də Türk Dünyasında isimləri öndə gələn iş adamlarımız yer alır. Yuxarıda qeyd etdiyim kimi gələcək hədəflərimiz çox böyükdür. Qarşımıza qoydugumuz bu məqsədlərə çatmaq üçün daha çox işləməli, çalışmalıyıq. Düşünürük ki, nədən gələcəkdə Türk dünyasının ortaq valyutası olmasın? Qzazaxıstandan Türkiyəyə gələn və ya Türkiyədən Azərbaycana gedən insanlarımız rahat şəkildə öz valyutası alışveriş etməsinlər. Bu həm də iqtisadi cəhətdən  daha da güçlənməmizə gətirib çıxarar. Ya Qırgızıstandan Qazaxıstana gedən bir türk nədən ortaq türkcədə danışmasın? Saglıq olsun, inanıram ki, birlikdə qarşımıza qoydugumuz bütün məqsədlərə çatacagıq”.

 

Ağanisə Sultanova
/Antalya, Türkiyə/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər