II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında

12:43 17-05-2019 | icon 13 | Siyasət
II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında

Azərbaycanın malik olduğu resurslar insanların daha sağlam qida ilə təmin edilməsinə kömək edir.

 

Versus.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünyada baş verən proseslər Azərbaycanda da özünü göstərir:

"Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyona çatıb. Amma əhali sayı artsa da, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit torpaqlardır və Azərbaycan onlardan istifadə edə bilmir. Bununla əlaqədar Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb".

Baş nazirin müavini qeyd edib ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var:

"Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü və səmərəli siyasət nəticəsində bu problem Azərbaycanda köklü şəkildə həll edilib. Növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb".

Ə.Əhmədov əlavə edib ki, genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi təkcə daxili istehsalla bağlı deyil, eyni zamanda ölkəmizə gətirilən qida məhsullarının nə qədər təhlükəsiz olması kimi vacib məsələni də ortaya qoyur:

"Hesab edirəm ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. Biz inanırıq ki, Azərbaycan həm daxili istehsal nəticəsində, həm də xaricdən məhsulların daha ciddi standartlara uyğun şəkildə ölkəyə daxil olması normalarını müəyyənləşdirmək əsasında vətəndaşların təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə