Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və...

13:07 17-05-2019 | icon 15 | Sosial
Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və...

Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur.

 

Versus.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsində maraqlıdır:

"Fermerlərin istehsal etdikləri məhsulların müvafiq keyfiyyət standartlarına uyğunlaşdırımasının təmin edilməsi, onların məhsullarının daxili və xarici bazarlarda daha rəqabətqabiliyyətli ola bilməsi hazırda aqrar sahənin əsas inkişaf məqsədlərindən biridir".

İ.Kərimov əlavə edib ki, bu gün ərzağın təmiz və keyfiyyətli olması qida təhlükəsizliyinin əsas vəzifələrindən biridir.

 

Nazir hesab edir ki, dayanıqlı inkişaf mərhələsinə nail olmaq üçün qida təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zəruridir:

"Qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi sosial və iqtisadi inkişaf baxımından əhəmiyyət kəsb etdiyindən ölkəmizdə son illər sistemli şəkildə islahatlar aparılıb. Bu islahatların iki mühüm məqsədi var. Birincisi, əhalinin sağlam qidalanmasının təmin və təşviq edilməsi, ikincisi, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi hesabına ölkəmizdə kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin yüksələrək rəqabətqabiliyyətli olmasıdır".

 

İ.Kərimov əlavə edib ki, qida zəncirinin ilkin istehsal mərhələsi olaraq müvafiq nəzarətin effektiv və tələb olunan normalara uyğun aparılması üçün hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Təhlükəsiz və sağlam qidanın əldə olunmasında innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verilməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə