Siyavuş Novruzov: Böyük Britaniya şirkətləri burada neft çıxardanda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur?

13:10 17-05-2019 | icon 14 | Siyasət
Siyavuş Novruzov: Böyük Britaniya şirkətləri burada neft çıxardanda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur?

Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar.

 

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, həmin dairələr idmanı siyasətə qatırlar: “Böyük Britaniya şirkətləri burada fəaliyyət göstərəndə, neft çıxardanda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur? Sapı özümüzdən olan baltaların hərəsinə erməni lobbisi tərəfindən maliyyə vəsaiti verilib ki, Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salsınlar”.

Deputat bildirib ki, postsovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur: “Bu qədər görülən işləri qoyurlar bir kənara, başlayırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxtda fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən basırlar. Bütün Azərbaycan cəmiyyəti Prezdentin siyasətini dəstəkləyir".

S.Novruzov qeyd edib ki, ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə cavab verilməlidir: "Siz bizi hədələməklə öz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib