"Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar"

13:14 17-05-2019 | icon 13 | Siyasət
"Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar"

Azərbaycana qarşı bu cür çirkin kampaniyanın aparılması birinci dəfə deyil.

 

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanda Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da belə hadisələr baş verdi: “İndi də Avropa liqasının final matçı keçiriləndə bu cür hadisələr baş verir. Burada məqsəd aydındır. Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Azərbaycanda istənilən beynəlxalq tədbir keçiriləndə hər vəchlə çalışırlar ki, bunun qarşısını alsınlar. Ancaq Azərbaycan buna imkan verməyəcək".

Vitse-spikerin sözlərinə görə, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur: "Cənab Prezidentimiz ətrafında sıx birləşmişik, hansı hücum olacaqsa, adekvat cavabını alacaq. Bütün bunların bir səbəbi də odur ki, beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq işləsəydi hər kəs yerində oturardı. Açıq deyə bilmirlər ki, “ay Azərbaycan! Biz sənin inkişafını istəmirik”. Biz hamımız bir səslə çəkici bir yerə vurmalıyıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə