Milli Qəhrəman Şahlar Şükürova həsr edilmiş film nümayiş olunub (

21:06 17-05-2019 | icon 13 | Şəhidlər və şahidlər
Milli Qəhrəman Şahlar Şükürova həsr edilmiş film nümayiş olunub (

Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunmuş “Bir elin Şahları” filminin nümayişi keçirilib.


Versus.Az xəbər verir ki,"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, öncə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolu haqqında bəhs edərək bildirib ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

Rostovda Ali Polis Akademiyasını bitirən Şahlar Şükürov daxili işlər orqanlarında fəaliyyətə başlayıb və polis mayoru rütbəsinə qədər yüksəlib. 1990-cı ildə Tərtər - Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşmış, bu qeyri-bərabər döyüşdə o, qəhrəmanlıq nümayiş etdirərək, həlak olub. Bu qanlı hadisə zamanı eyni zamanda Aşıq Şəmşirin qızı Çimnaz xanım da qətlə yetirilib. Göstərdiyi şücaətə görə Şahlar Şükürova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi filimin ərsəyə gəlməsi barədə tədbir içtirakçılarına geniş məlumat veriblər.

Sonra Milli Qəhrəmana həsr olunmuş “Bir elin Şahları” adlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra Kəlbəcər rayon ziyalıları, ictimaiyyət nümayəndələri qəhrəman haqqında, eyni zamanda film barəsində təəssüratlarını bölüşüblər. Çıxış edənlər – Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, və başqaları Şahlar Şükürovun hər kəsə nümunə olan ömür yolundan bəhs ediblər, eyni zamanda bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynadığını xüsusi vurğulayıblar.

Milli Qəhrəmanın qardaşı Malik Şükürov Şahlar Şükürovun ailəsi adından filmin hazırlanmasında xidmətləri olanlara, “ Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinə tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib. Malik Şükürov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına da minnətdarlıq edib.

Tədbirin sonunda Milli Qəhrəman Şahlar Şükürovun ömür yolunu əks etdirən “Bir elin Şahları” filminin ərsəyə gəlməsindəki xidmətlərinə görə Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürnamə” diplomu ilə təltif ediliblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib