5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib

18:08 13-03-2018 | icon 147 | Siyasət
5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib

Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb.

 Versus.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, martın 12-i saat 18.00-dək Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyası tərəfindən namizədliyi irəli sürülən Əli Əliyev doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim edib.

Beləliklə, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədlikləri irəli sürülmüş Anar Umudov, Elşən Həsənov, Ramazan Bəkirov və Asif Məmmədov isə doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim etməyib, bununla da, onların seçki prosesində namizəd kimi iştirak etməyəcəkləri dəqiqləşib.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb