Azan sədaları altında 118 ağaca qənim kəsilən Hacı İlyas-FOTO-VİDEO

17:40 14-03-2018 | icon 207 | Sosial
Azan sədaları altında 118 ağaca qənim kəsilən Hacı İlyas-FOTO-VİDEO

Versus.az Veteninfo.az-a istinadən xəbər verir ki, son illər ölkə prezidenti Cənab İlham Əliyev ölkədə yaşıllaşdırma istiqamətində bir çox təxirəsalınmaz addımların atılması üçün vermiş olduğu tapşırıqlar təkcə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən deyil, müxtəlif dövlət orqanları və eyni zamanda ekalogiya və ətraf mühitin qorunması ilə məşğul olan QHT tərəfindən də əsas götürülərək, müxtəlif növ ağacların əkilməsi ilə həyata keçirilib. Eyni zamanda ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun vitse-prezidneti Leyla xanım Əliyevanın təşəbbüsü ilə də "Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində də yüz minlərlə ağc və müxtəlif kol bitkiləri əkilərək ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya böyük töhfələr verilib.

Amma gəl ki, dövlət səviyyəsində ətraf mühitin qorunması ilə bağlı yüz min manatlar sərf edildiyi halda, bəzi işbazlar özlərinin şəxsi mənfəətləri üçün yaşıllıq zolaqların məhv etməyə and içiblər.

Belə işbazlardan və təbiət qatillərindən biri də özünü Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin yaxın qohumu kimi təqdim edən "Ceyhun-3” İstehsalat Kommersiya Firmasının rəhbəri Hacı İlyasdır.

Hacı İlyas Xətai rayon Zığ yolu küçəsi 4 ünvanda yerləşən ərazini ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra müqaviləsi alaraq kommersiya fəaliyyəti ilə məşğul olmaq adı ilə mənimsəyir. Sonra isə qeyd edilən ünvandakı sahənin özəlləşdirmə çıxarışını alaraq özəlləşdirir.

Artıq "Burda mənəm, Bağdatda kor xəlifə” deyərək məlum olmayan səbəblərdən əldə etdiyi ərazidəki ağacları necə və hansı yolla yoxa çıxartmaq üçün yollar axtarmağa başlayır və tapır. Belə ki, ilk olaraq Xətai rayon Məhkəməsinə müraciət edərək ərazidə mövcud olan 20 illik ağacların köçürülməsi üçün məhkəmə qərarı almağı bacarır.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz ərazidə Ailəvi İstirahət Resotoranı fəaliyyət göstərir və 20 il əvvəl bu istirahət mərkəzinin fəaliyyətə başladığı dövürdə ərazidə yaşıllaşdırma işləri aparırlar. Ailəvi istirahət mərəkzəinin rəhbəri Qadir Əhmədov və Əli Əliyev 2015-2016-2017-ci illərdə, yəni Hacı İlyas qeyd edilən sahəni müxtəlif yollarla sənədləşdirdikdən sonra, ərazidəki 12 tut aşacı, 30 sərv ağacı, 3 iydə ağacı, 4 qovaq ağacı, 1 heyva ağacı, 1 qaraağac ağacı, 2 qlediça ağacı, 10 əncir ağacı, 1 xurma ağacı, 2 söyüd ağacı, 22 nar kolu ağacı, 20 ədəd yeni əkilmiş şam və sərv tingləri, meyvə tingi 10 ədəd olmaqla ümumilikdə 118 ədəd ağac və kol bitkisinin bioloji inkişafda olduğu müəyyən edilərək aktalaşdırılır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin Mühafizəsi Departamentinin əməkdaşı məsləhətçi-müfəttişi Hüseyn Məmməd oğlu Adgözəlovun tədbiq etdiyi aktla "Ceyhun-3” İstehsalat Kommersiya Firmasının rəhbərliyinə, yəni Hacı İlyasa təhfil verilir.

Çox maraqlıdır ki, bu aktlar nə az-nə çox düx üç il ardı-ardına tədbiq edilib. Amma nədənsə yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamenti məhkəmədə 118 ağacı hacı ilyasın imansızlığının öhtəsinə buraxa bilir və Haıc ilyas da 2018-ci il martın 10-11-də (Şənbə-bazar) fürsəti əldən verməyərək səhər-səhər Azan sədaları altında ağacları köçürmə adı altında soyqırıma START verir.

Maraqlısı budur ki, Hacl İlyasın bu soyqırımı həyata keçirdiyi zaman ona müvafiq dövlət orqanlarından bir nəfər belə öz etirazını bildirmir. Çünki Hacı İlyas özünü Şeyx həzrətlərinin qohumu olduğunu və gələnləri də QMİ sədri ilə qorxudur.

Amma xatırladaq ki, müasir Azərbaycanımızın qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev bütün çıxışlarında Azərbaycanda təbiətin mühafizəsi və yaşıllaşdırma istiqamətində ciddi addımların atılmasın tələb etməklə yanaşı, eyni zamanda qanunsuz olaraq ağacların məhv edənlərə qarşı qanunla ciddi tədbirlər görülməsin vurğulardı. Ulu Öndərimiz dəfələrlə bəyan edirdi ki, hər bir kəsilən ağc onun qolunun kəsilməsi olaraq hesab edir.

Əgər Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin Mühafizəsi Departamenti Hacl İlyasın Azan sədaları altında 20 illik ağacları və bütövlükdə 118 ağacı kəsməsinə göz yumursa, bu dili-ağızı olmayan,amma canlı və nəfəs alan bu ağacların ahını öz üzərlərində hiss edəcəklər.

Təqdim edəcəyimiz foto və videolar isə Hacı İlyasın necə bir dindar olduğunu və necə soyqırım həyata keçirdiyinin bariz göstəricisidir.

 

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb