“Amnisty İnternational təşkilatı həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib”

09:48 26-05-2019 | icon 119 | Cəmiyyət
“Amnisty İnternational təşkilatı həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib”

Sevinc Seyidova: "Erməni lobbisinin bütün səylərinə baxmayaraq UEFA və dünya futbol ictimaiyyəti Azərbaycanı dəstəklədi"

 

“Amnisty İnternational təşkilatı həmişə Azərbaycana qarşı özünün qərəzli mövqeyi ilə seçilib”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

 

Baş redaktorun sözlərinə görə, adını hüquq müdafiə təşkilatı qoysa da, ölkəmizlə bağlı aparılan qarayaxma kampaniyasında heç bir tutarlı əsası olmayan hesabatlar yaymaqla öz qərəzli mövqeyini nümayiş etdirib:

 

“Azərbaycan UEFA Avropa Liqasının finalına hazırlaşır. Bu möhtəşəm beynəlxalq idman tədbirinə artıq sayılı günlər qalıb. Finalda iştirak edəcək komandaların adları bəlli olduqdan sonra "Arsenal" klubunun erməni əsilli oyunçusu ətrafında yaradılan səs-küy istədikləri effekti vermədi. Erməni lobbisinin bütün səylərinə baxmayaraq UEFA və dünya futbol ictimaiyyəti Azərbaycanı dəstəklədi. Dəfələrlə erməni əsilli idmançıların Bakıda keçirilən müxtəlif yarışlarda təhlükəsiz şəkildə iştirakı ilə bağlı rəsmi Bakının prinsipial mövqeyi alqışlandı. İndi isə adı rüşvətxorluqda korrupsiyada və qeyri fəaliyyət metodları ilə tanınan Amnisty İnternational təşkilatını ortaya atıblar. Bu təşkilat erməni lobbisindən aldığı rüşvətlə ölkəmiz haqqında həqiqətə uyğun olmayan ittihamlar irəli sürür. Halbuki, iddia etdiyi insan haqlarının müdafiəsi sahəsində Prezident İlham Əliyevin müvafiq fərmanı ilə başladılan məhkəmə-hüquq sistemi ilə bağlı dərin islahatlardan bir kəlmə olsun belə danışılmır. Azərbaycanın müxtəlif sahələr üzrə ən çox islahat aparan dünyadakı 10 ölkə sırasında olduğundan bir kəlmə belə bəhs edilmir. Bu islahatların hamısı Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının daha liberal dəyərlər əsasında təmininə yönəlib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

Erməni işğalçıları Şuşa məscidini belə saxtalaşdırdılar - foto