Ədəbiyyatımızdan "təmizlənin", lütfən!

19:05 26-05-2019 | icon 150 | Köşə
Ədəbiyyatımızdan "təmizlənin", lütfən!

Nəsimi ilində "Ədəbiyyat qaynaqları" kimi “parlayanlar”

 

MEHRİBAN SADIQOVA

/filoloq/

 

2019-cu ilin İmadəddin Nəsimi ili elan olunması bəzilərinin "ədəbiyyat qaynaqları" kimi “parlaması" üçün zəmin yaratdı. Bir neçə gün əvvəl Böyük sənətkarın 650 illik yubileyi ilə əlaqədar "Cahana sığmazam" adlı almanaxla qarşılaşdım.

 

Almanaxın məsləhətçisinin Fikrət Qoca olduğunu gördükdə məzmunlu və maraqlı şeirlərlə qarşılaşacağımı düşünərək, böyük həvəslə kitabı vərəqləməyə başladım. Sözün düzü ruhumun dincliyinə ehtiyacım var idi və şeirlərin mənə rahatlıq gətirəcəyini fikirləşirdim. Lakin heyhat, kitabı vərəqlədikcə nəinki ruhum dinclik tapdı, tam əksinə, tüğyan edərək, bu qədər bəsitliyə həvəsləndiyim üçün hətta məni ağrıtdı. Elə bildim elə Nəsiminin dərisini gözümün önündə soyurlar və mən də əlimdən heç bir şey gəlməyən biri kimi qanım içimdə donaraq sakitcə göz yaşı axıdıram…

 

Beləcə, 260 səhifəli kitabı vərəqləməyə başladım. Şeir adına cəmi bir neçə səhifə var idi. (P.S ilk səhifələrdə İ.Nəsimi, R.Rza, Ə.Kərim, F.Qocadan verilən nümunələr və daha bir neçə şeir). Kitabın tərtibatçıları Balayar Sadiq və Tahirə Məğrur idi. Tərtibçilər kitabın əvvəlində tərtib etdikləri almanaxın poeziyasevərlər tərəfindən "Nəsimi ilinə" ədəbi töhfə kimi qarşılanacağını qeyd edirdilər. Bu "ədəbi töhfənin" məzmunsuz və mənasız söz yığınağından başqa bir şey olmadığını isə (çox az istisnalar olmaq şərti ilə) bir oxucu kimi düşünüb, ali məktəbdə tədris aldığımız vaxtları xatırladım. Ədəbiyyatşünaslığın ədəbi tənqid adlanan bölümündə klassiklərin əsərlərinin belə müzakirəsi keçirilərək, tənqidi baxımdan təhlilləri verilirdi.

 

Çox maraqlıdır, bəs indi ədəbi tənqid hara baxır? Tarixə bu ədəbiyyatlamı düşmək istəyirik? Yazını oxuyanlarda "həmişə mədhiyyə olub” fikri formalaşmasın deyə, xatırlatmaq istəyirdim ki, bu yazılar heç mədəniyyət də deyildi. (P.S.Mədhiyyələr belə şeirin nizamını pozmağa xidmət etməməlidir).

 

Kitabda elə yazılarla qarşılaşdım ki, nəinki ədəbiyyat, hətta, dilçiliyin qanunları belə, pozulmuşdu. Məsələn,

 

Mən bu yerdə itiyimi tapardım,
Nə ağırmış qəribliyi bu kəndin.

 

F.Məmmədova 11-lik ölçüdə yazılmış bu yazının rədif, bölgü, qafiyə (ümumilikdə şeirə məxsus əlamətləri bir kənara qoyub, dilçiliyə yeni gətirilmiş "itiyimi" sözünü elektron lüğətlərdə nə qədər axtardımsa, tapa bilmədim. (P.S ixtisasım dilçidir) Və ya

 

Maskaları yırtılacaq o günün,
Təki zaman tərsitməsin yaxında.

 

Müəllif eynidir. "Tərsitməsin" sözü nə deməkdir, bunu da başa düşə bilmədim.

 

Kitabda başqa bir müəllifin "Dərisiz qalmadı" adlı yazısı verilib. Məntiqsiz bir ad seçimidir, fikrimcə (P.S hər hansı yazıya seçilən ad onun mənasını ehtiva etməlidir. Elə bu başlıq hər şeyi ehtiva edir, məncə...)

 

Yazdıqca ilhamı onu öpürdü,
Uğur diləyirdi ərz əllərinə,
Elə bil Naxçıvan duzu səpirdi,
El ruhu oxşayan qəzəllərinə.

 

Əbülfəz Ülvi (P.S. başa düşənlərdən izahın mənim üçün də verməyi xahiş edirəm) "Deyirsən: - son vaxtlar şeirimdə sən, Özünü görməmən olub qəm yükün" beytində (P.S yanlışlığa görə üzr istəyirəm, onların dediyimi kimi yazdım) - görməmən - feli sifətin inkarını yaradaraq (bilərəkdən və ya bilməyərəkdən) - yazını "qəribə kökə" salmaq.

 

Daha bir nümunə -

 

Çox sevirəm dənizi,
Yazıb - yaratmağım sənə bağlıdır
Mavi ləpələri ağ qağayıdır.
Çox sevirəm dənizi -
Uşaq kimi oynadır bizi,
Sakit buraxır hərdənbir
Coşub - çaxır dənizi -
Çox sevirəm dənizi -
O da şair kimidir...

 

Müzəffər Əlincəli (P.S şeir adına yamaq) Bu yazını çox uzada bilərəm. Demək olar ki, yazılar hamı bu səpkidədir. Sonda:

 

Nə hörmət qanansan, nə qılıq,
Öndədir orta yaş, ahıllıq
İçində pas atıb paxıllıq,
Nə tez-tez üzə çıx, nə gizlən,
Gec deyil təmizlən, təmizlən.

 

Oqtay Rza - gətirdiyim mənasız nümunə ilə almanaxa yazıları daxil olanların çoxundan özlərinə hörmət edərək, ədəbiyyatımızdan "təmizlənmələrini" xahiş edərdim.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

Erməni işğalçıları Şuşa məscidini belə saxtalaşdırdılar - foto