Müğənni Emin Ağalarov Bakıda narkoloji bərpa mərkəzi açacaq

15:40 30-05-2019 | icon 18 | Sosial
Müğənni Emin Ağalarov Bakıda narkoloji bərpa mərkəzi açacaq

Bakıda Rusiya Narkoloji Bərpa Mərkəzinin filialı açılacaq.

 

Versus.Az “Report” -a istinadən xəbər verir ki, yeni müəssisə Rusiyanın “Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov tərəfindən Rusiya Milli Əks-Narkotik İttifaqı (RMƏNİ) ilə birgə açılacaq.

 

“Azərbaycanı çox sevirəm və ona görə vətənimdə bu problemin həllilə məşğul olmaq üçün rusiyalı dostlarımı dəvət etdim. Mən narkotiklərə mübtəla olmadığıma görə, bəxtəvərəm, çünki çalışdığım sahədə narkotikdən uzaq qalmaq nadir şeydir. Dörd övladım var, onları da həmin bəladan qorumağı çox istəyirəm”, – Bakıda Beynəlxalq narkotiklərin istifadəsinə və qanunsuz dövriyyəsinə qarşı mübarizə gününə həsr olunan mətbuat konfransında iştirak edən müğənni bildirib.

 

E.Ağalarov Bakıda hər il təşkil etdiyi “İsti” layihəsini də RMƏNİ-nin tərəfdaşına çevirmək qərarına gəldiyini bildirib.

 

RMƏNİ sədri Nikita Luşnikov da 10 ilini narkotiklərə qurban verərək böyük çətinliklə xilas olduğunu, narkomanlara kömək üçün 15 il əvvəl həmin təşkilatı yaratmaq qərarı verdiyini diqqətə çatdırıb.

 

“Narkomaniya Azərbaycanda da var, sadəcə, Rusiyaya nisbətən bir qədər üstüörtülüdür. Sizin ölkənizdən də uşaqlar bizə müraciət ediblər, uğurlu bərpa dövrü keçiblər. Azərbaycan çox əlverişli ölkədir, sizdən nümunə götürmək olar. Gənclər idmanla məşğul olanda, sağlam həyat sürəndə adama ləzzət verir. Biz Eminlə Azərbaycanda da belə bir mərkəz açmaq qərarına gəldik, həmçinin bir çox başqa beynəlxalq layihələr üzrə də əməkdaşlıq edəcəyik” – N.Luşnikov bildirib.

Qeyd edək ki, Rusiya Milli Əks-Narkotik İttifaqı yalnız ianələr hesabına maliyyələşən qeyri-kommersiya təşkilatıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İki hərəkat arasında ilkin razılıq əldə edilib

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"