Azərbaycanda Milli Narkomaniya ilə Mübarizə İttifaqının filialı açılacaq

15:51 30-05-2019 | icon 32 | Cəmiyyət
Azərbaycanda Milli Narkomaniya ilə Mübarizə İttifaqının filialı açılacaq

Emin Ağalarov: "Narkomaniya problemləri ilə məşğul olmaq qərarına gəldim"

 

26 İyun - Beynəlxalq Narkomaniya ilə Mübarizə Gününə həsr olunmuş mətbut konfransı keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə respublikanın xalq artisti Emin Ağalarov, Rusiya idmançısı, dördqat dünya çempionu Fyodor Yemelyanenko, Milli Narkomaniya ilə Mübarizə İttifaqının (NAS) sədri Nikita Luşnikov və Rusiyanın tanınmış aktyoru Pavel Derevyanko iştirak edib.

 

Məşhurlar narkomaniyaya qarşı aparılan işlərdən danışıblar, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 

Sönbət əsnasında məlum oldu ki, musiqiçi, müğənni, sahibkar, Crokus Group kompaniyasının birinci vitse-prezidenti Emin Ağalarov Nikita Luşkovla bərabər Azərbaycanda NAS-ın filialını açmaq istəyir.

 

Emin Ağalarov Nikita Luşnikov ilə bir filmin təqdimatında aktyor Pavel Derevyankonun vasitəsilə tanış olub. N.Luşnikov E.Ağalarova işləri haqqında danışıb və Emini yaratdığı mərkəzə dəvət edib. Mərkəzdə qonaq olan Emin pansionun böyüklüyündən, burada narkomaniyadan əziyyət çəkənlər üçün yaradılmış hər bir şəraitdən söz açıb. Məhz bundan sonra Emin “JARA” layihəsini bu İttifaqa partnyor qismində qoşub:

 

“Vətənimi çox sevirəm və buna görə də burada narkomaniya problemləri ilə məşğul olmaq qərarına gəldim. Şükürlər olsun ki, mən özüm belə problemlə qarşılaşmadım. Halbuki, mən çalışdığım sahədə belə hallar qaçırılmazdır. Dörd uşaq atasıyam və elə etməliyəm ki, onları belə hadisələrdən qoruya bilim”.

Nikita Luşnikovun dediyinə görə, onun pansionatında Bakıdan olan bir neçə narkotikə qurşanmış şəxslər var. Onlardan üçü artıq müsbət nəticə qazanaraq evlərinə qayıdıblar.

 

Emin onlarla tanış olub və müsbət nəticələrin görərək, Azərbaycanda da mütləq belə bir mərkəzin açılmasını planlaşdırır. Nikita Luşnikov ömrünün 10 ilini narkomaniyaya qurban verib. Lakin özünə və Allahına olan inamı onu bu narkotik torundan xilas edə bilib. Artıq 15 ildir ki, bu İttifaq yaranıb və Nikita müsbət nəticələrin bəhrəsini göməkdədir. Nikita bu İttifaqa müraciət edənlər arasında məşhurların olduğunu da vurğulayıb:

 

"Onlardan sağalanları da var, dünyasını dəyişən də. Axırıncılar, adətən, iradəsi olmayanlardır. Onlar özləri sağalmaq istəmirlər. Bu İttifaq qətiyyən kommersiya layihəsi deyil. İnsanların qanı üstünda pul qazanmaq düzgün olmaz. Müsbət nəticəyə inanmayan xəstəni müalicə etmək qeyri-mümkündür. Amma imkanı olan valideynlər künüllü olaraq İttifaqa pul köçürürlər. Bu mərkəzə təkcə narkotiklərə deyil, həm də qumar oyunlarına, nikotin və alkoqola aludə olanlar da müraciət edir. Hər növ xəstələrə terapevtik şərait tələb olunur. Azərbaycanda da narkomaniya inkişaf edib. Rusiyanın vəziyyəti isə daha bərbaddır. Sizə bu mənada qibtə etmək olar. Məhz belə vəziyyəti aradan qaldırmaq üçün Eminlə bərabər Azərbaycanda belə bir mərkəz yaratmaq niyyətindəyik”.

 

Dadaşova Ayəndə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”