"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Kazan psinsipləri əsasında aparılır"

16:25 30-05-2019 | icon 24 | Qarabağ
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Kazan psinsipləri əsasında aparılır"

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Kazan psinsipləri əsasında aparılır.

 

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov "Azərbaycan Avropa məkanında" adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə dəfələrlə qətnamə qəbul edib.

 

S.Markov əlavə edib ki, indiyədək heç bir ölkə Dağlıq Qarabağı ayrıca müstəqil dövlət kimi tanınmayıb: "Dağlıq Qarabağ münaqişə dondurulub, çünki burada nə silahlı qüvvələr hərəkət edir, nə də sülhməramlı qüvvələr yerləşdirilib. Amma bunu dondurulmuş da hesab etmək olmur, çünki burada hadisələr baş verir. 2016-cı ilin aprelində həqiqətən müharibə baş verdi, təmas xəttində uzun müddət olmasa da, 4 gün ərzində yüzlərlə əsgər və mülki əhali həyatını itirdi. Lakin sonradan Moska Azərbaycan və Ermənistan rəhbərliyinə bir necə dəfə zəng etdi ki, müharibə dayandırılsın".

 

İnstitut direktorunun sözlərinə görə, Ermənistan yalnız Dağlıq Qarabağı deyil, onun ətrafındakı 7 rayonu da nəzarətə götürüb:

"Bu rayonlarda etnik təmizləmə həyata keçirilib, əhali oradan köçürülüb. Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb, danışıqların aparılması üçün müəyyən addımlar atılıb, Rusiyanın təşəbbüsü ilə Kazan prinsipləri qəbul edilib. Özündə kompromis prinsipləri nəzərdə tutan Kazan prinsipinə görə, Ermənistan Azərbaycana işğal olunmuş 7 ətraf rayonu geri qaytarır. Azərbaycan Ermənistan və Dağlıq Qarabağ ətrafından iqtisadi blokadanı aradan qaldırır, daha sonra Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verir, orada hərbçilər çıxarılır. Hazırda Kazan psinsipləri ətrafında danışıqlar aparılır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu