Bu gün məşğələlər başa çatır

11:50 31-05-2019 | icon 20 | Təhsil
Bu gün məşğələlər başa çatır

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

 

Versus.Az xəbər verir bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupunda 23 840 uşaq məşğələyə cəlb olunub.

 

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

 

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

 

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

 

Qeyd edək ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə edirdisə, 2016-2017-ci dərs ilində bu göstərici 55, 2017-2018-ci tədris ilində 65 faiz olub. 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"