"Vanessa cardui" kəpənəkləri Bakıda

11:53 31-05-2019 | icon 48 | Gündəm
"Vanessa cardui" kəpənəkləri Bakıda

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakıda, eləcə də şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsinin səbəbini açıqlayıb.

 

İnstitutun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova Versus.Az-a bildirib ki, son günlərdə Bakı şəhərində kütləvi şəkildə rast gəlinən kəpənək növü Vanessa cardui növüdür. Bu növ hər il Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz, eləcə də region ölkələrin üzərindən Mərkəzi Avropa istiqamətində miqrasiya edir:

 

"Vanessa cardui 5000 km məsafəyə qədər miqrasiya etmək xüsusiyyətinə malikdir. Nəzərə alaq ki, Azərbaycan bu növün miqrasiya yoluna çox yaxın yerləşir. Bu növün kütləvi yayılmasının əsas səbəbi onların miqrasiya etməsidir. Hazırda ölkəmizlə yanaşı, Kipr, İsrail və Türkiyədə də bu növün kütləvi artması səs-küyə səbəb olub".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”