Şəhid mayor dəfn olunub /VİDEO

13:25 31-05-2019 | icon 69 | Qarabağ
Şəhid mayor dəfn olunub /VİDEO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

 

Versus.Az xəbər verir ki, ötən gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

 

Mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanıb, Şəhidlə vida mərasimi onun boya-başa çatdığı Lələpaşa kəndindəki evində keçirilib. Daha sonra şəhid 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.

 

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

 

Trend-ə istinadən şəhidin dəfni ilə bağlı görüntüləri təqdim edirik.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu