Nazirlik: Son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir

17:35 31-05-2019 | icon 16 | Sosial
Nazirlik: Son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir

Son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur.

 

Versus.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən  verilən məlumata görə, "Şeytanqaqalı" kəpənəyi adlandırılan və elmi adı Vanessa cardui olan bu həşəratların bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

 

"Şeytanqanqalı" kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib.

 

"Şeytanqanqalı" kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”