Nəsimi humanizmini çağdaş təfəkkürün işığında yenidən araşdırmaq önəmlidir

17:43 31-05-2019 | icon 39 | Ədəbiyyat
Nəsimi humanizmini çağdaş təfəkkürün işığında yenidən araşdırmaq önəmlidir

İmadəddin Nəsimi humanizmini çağdaş elmi-nəzəri təfəkkürün işığında yenidən araşdırmaq, onun öz dövrü üçün ifadə etdiyi ezopdilli dolaşıq sufi-hürufi simvolların, rəqəm-hərf rebuslarının açılmasından daha çox, bizim mədəni-mənəvi, estetik problemlərimiz baxımından çağdaş nəsilimizə, cəmiyyətimizə nə verəcəyini üzə çıxarmaq önəmlidir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında "Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda elmi məruzə ilə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli deyib.



Akademik bildirib ki, antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq Azərbaycanda XII əsrdə Nizami Gəncəvi irsi ilə özünün zirvə nöqtəsinə çatıb. İslam Şərqinin hər üç hakim dilində – ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində yaşayıb yaratmış böyük Azərbaycan şairi və filosofu Seyid İmadəddin Nəsimidir.

 

Natiq bildirib ki, Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir:

 

"Nəsimi humanizminin kontekstinə gəldikdə, ilk sırada, bütün dünyada sosiologiya elminin banisi hesab edilən və Azərbaycan şairinin böyük müasiri olan Əbdürrəhman ibn Xəldunun yaradıcılığı yada düşür. Əlbəttə, İbn Xəldun da öz fikirlərində antik fəlsəfəyə, İbn Sina, İbn Rüşd, Biruni kimi Orta əsrlər Şərq fəlsəfəsinin böyük nümayəndələrinin əsərlərinə, zəngin Şərq poeziyasına əsaslanırdı. Ancaq bu ümumi kontekstdə Nəsimi sənətinin gücü ilə bir sıra orijinal fikirlərin irəli sürüldüyünü də aşkar etməmək mümkün deyil".

 

Alim nəzərə çatdırıb ki, Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirib.

 

Akademik T.Kərimli vurğulayıb ki, Nəsimi humanizminin və bu kontekstdə Nəsimi məhəbbətinin sufi-hürufi xarakter daşıması haqqında çox yazılıb, çox araşdırmalar aparılıb, indi də aparılmaqdadır:

 

"Hər hansı orta əsr sənətkarını orta əsr aliminin gözü ilə nəzərdən keçirmək və qiymətləndirmək, həmin dövrdə sənətkarın ideya-bədii qayəsini onun özünün, yaxud ətrafındakıların düşündüyü kimi tədqiq edib üzə çıxarmaq və dəyərləndirmək müəyyən dərəcədə tarixi maraq doğura bilər. Lakin yaddan çıxarmayaq ki, klassik sənətkarların ölməzliyinin sirri – onun öz dövründə nə düşünməsi və lokal zamanın ictimai mühitinə nə vermək istəməsi ilə deyil, bizim dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması ilə şərtlənir".

T.Kərimli bildirib ki, Nəsimi humanizminin müasir dünyamız üçün önəmli olan cəhətlərindən biri onun mücərrəd xarakter daşımaması, konkret insan münasibətlərini, real insan gözəlliklərini əks etdirməsidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu