"Uşaqların internetdən istifadəsinə nəzarət olmalıdır" - MÜSAHİBƏ

19:04 31-05-2019 | icon 41 | Cəmiyyət
"Uşaqların internetdən istifadəsinə nəzarət olmalıdır" - MÜSAHİBƏ

Tahirə Qafarlı: "Qadağa yox, əksinə, şərait yaradılmalıdır"

 

Versus.Az İnformasiya Agentliyinin baş redaktoru Tahirə Qafarlı uit.az saytına müsahibə verib. Həmin müsahibəni təqdimedirik.

 

Bu dəfə müsahibimiz Versus.az saytının baş redaktoru Tahirə Qafarlıdır. Tahirə xanımın uşaqların internetdən istifadəsi ilə bağlı fikirləri müxtəlifdir. O qeyd edir ki, uşaqlara internetdən istifadəni qadağa etmək yox, əksinə şərait yaradılmalıdır. Amma...



- Uşaq intiharlarını çox zaman internetdən asılılıq kimi əlaqələndirirlər. Buna münasibətiniz.


- İnformasiya texnologiyalarının getdikcə həyatımızın bir hissəsinə çevriliməsi gerçəkliyi ilə üz-üzəyik. Texnologiya inkişaf etdikcə onun mahiyyətini və istfadə qaydalarını düzgün mənimsəməyən, yəni hələ ki, internet resurslarının xeyirli tərəflərini düzgün qavramayan cəmiyyətlərdə bu, daha çox zərərli vasitə kimi üzə çıxır. Məsələn, interneti özünə əyləncə, boş, mənasız asılılıq məkanı seçən yaşca böyük insanlar belə bununla ailələrinin dağılmasına səbəb ola bilirlər. Elədirsə, təbii ki, internetdən düzgün yararlanmama yeniyetmə, uşaqlara da əks təsir edə bilər. Bu məsələlər, bütün hallarda ailə, məktəb, vətəndaş cəmiyyətlərinin bu sahədə birgə apardığı düzgün tərbiyə və maarifləndirməyə bağlıdır. 

Uşaq intiharlarının birbaşa internetlə əlaqələndirilməsini düzgün hesab etmirəm. Yəni, ana, ata, məktəb, uşağı düzgün yönləndirib, ona lazımı dəstəyi verə bilmirsə, ona münasibətdə sayqısızdırsa, onun psixoloji, ruhi tələblərini anlayıb, ona qayğı, sevgi göstərə bilmirsə, bu zaman cansız dəmirdən gələn mənfilər ona əlavə bir zərbə ola bilər. Yəni əgər intihar baş verirsə onun zəmini cəmiyyətdə, daha dəqiq ailə, ana, bacı, dost, məktəb, sinif, müəllimi tərəfindən hazrlanmış olur. İnternet əsl günahkarlar üçün bəhanədir. İntiharlar, bütün hallarda özünü diqqətsiz, sevgisiz, köməksiz hiss edən insanın şüurunda inkişaf edir. Onun kədəri, küskünlüyü paylaşılmadığı şəraitdə özünü məhv etməsinə aparır. 


- Uşaqlara nə zaman internetdən istifadəyə icazə verilməlidir və nəyə görə.


- Bu problemdən qaçmaq üçün uşaqların internetdən uzaq tutulması ilə bağlı fikirlər də mənə ağlasığmaz, bəsit yanaşma kimi görünür. Çünki bu mümkün deyil, heç lazım da deyil. İnformasiya əsrində yaşayan insan getdikcə təftəlşüur olaraq istəməsə də internet şəbəkə ilə sıx bağlanır. Müşahidə etmisinizsə bu gün ağlayan körpəni belə telefon, internet sakitləşdirir. Gələcəyin insanı internet resurslarından çox sadə və doğal şəkildə istifadəyə başlayıb. Yəni uşaqların internetdən uzaq tutulması, qadağalar qoyulması cəfəngiyyatır, yanlış fikirdir. Bu sanki, axına qarşı getməkdir. Ona görə də biz bu "internet axınnda" olmağa məcbur olan insanı, "xilas" etməyə yox, ona bu prosesdən necə düzün istifasdə etməyi oyrətməliyik. Bütün məsələ öyrətmə, qavrama və maarifləndirmə üzərində dayanmalıdır. Yəni, çörəyi uşağa verib, sonra da əlindən alıb onu ağlatmaq əvəzinə, boğazında qalmaması üçün onu münbit hala neçə gətirməsini öyrətmək lazımdı. Əksinə uşaqlar internetlə məşğul olmalıdır. Amma nəzarət və daim mənfi tərəfləri qeyd olunmaqla. Müsbət nəticə almaq üçün uşağın xarakterinə uyğun yanaşma və vasitələrdən istifadə olunmalıdır.


- Ümumiyyətlə, uşaq və internet anlayışını necə qəbul edirsiz, onların internetdən, telefondan istifadəsinə ehtiyac varmı? 


- Uşaqların telefonda, komyuterdə internet üzərindən apardığı hər əməliyyat xeyirli, müsbət, əylənərək düzgün bilgiyə yönəlməlidir. İnternetlə təmasları çox olmalıdır və həyatda baş verə biləcək hər situasiyadan xəbərdar olmalıdır. Sadəcə bir şərtlə, bu proses dərslər şəklində keçirilməlidir. Uşaqlar internetdən istifadəyə bağça yaşlarından yiyələnməlidir. Təbii ki, öz yaş həddinə uyğun şərtlər daxilində. Məncə bu gələcəyin vətəndaşının daha çox kəşflər etməsinə, dünyaya aydın baxışına, hərtərəfli inkişafına, yeni layihələrin müəllifləri kimi yetişməsinə təkan olacaq. Yetər ki, ailə, məktəb, təhsil, cəmiyyət institutları düzgün yanaşma edib, uşağa sağlam istiqamət versinlər. 


- Nə təklif edərdiz - uşaqların internet təhlükəsizliyini necə təmin edək.


- Əgər kimsə pis yola düşəcəksə, yenə də günah dediyim bu cəmiyyətin olacaq. Hansı ki, bu da qaçılmazdır. Tərbiyə, əxlaq, davranış və dünyagörüşünə bağlı olaraq da internetdən müxtəlif vasitələr üçün istifadə olunacaq. Amma bilgisi, fikir aydınlığı olan insan daha yararlısını seçəcək. Ona görə də öyrənmək üçün uşaqları sərbəst buraxmaq, ancaq nəzarət etmək lazımdır. Türmə rəhbəri kimi yox, dost kimi sevgi ilə yanaşmaqla. Bu zaman internet bizi yalnız inkişafa apara bilər...


Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu