Müxalifət qocalır və...

09:43 01-06-2019 | icon 24 | Siyasət
Müxalifət qocalır və...

Siyasilər vətəndaşların proseslərdən uzaq durmasının uğurlu perspektiv vəd etmədiyini deyir

 

Azərbaycanda gənclərin böyük əksəriyyəti aktiv siyasi proseslərə qoşulmur. Bunu siyasi ekspertlər, əsasən də müxalifətdən olan siyasətçilər zaman-zaman dilə gətirirlər.

 

Bir vaxtlar - xüsusən 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində siyasi karyera qurmaq istəyən gənclər daha çox müxalif partiyalara üzv olurdular. Son illərdə belə bir hal müşahidə edilmir. Səbəb nədir? Müxalifətə inamsızlıq, yoxsa?..

 

Versus.Az xəbər verirki, VİP sədri Əli Əliyev  bildirib ki, Azərbaycan vətəndaşlarının aktiv siyasi proseslərə qoşulmamasının səbəbi xof və cəzalanmaqdan ehtiyatlanmaq qorxusudur. Amma son aylar vəziyyət dəyişməkdədir: “Partiyamıza insanların gəliş dinamikası fəaliyyət dövrümüzün 14 ilində ən yüksək həddədir. Eyni zamanda dönəm sədri olduğum AXH-yə də intensiv müraciətlər var. Gəliş həm ölkə daxilindən, eyni vaxtda kənarda yaşayan vətəndaşlarımızdandır”.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, vətəndaşların siyasi proseslərə inamlarının ölməsi, siyasi fəaliyyəti özləri, yaxınları və gəlir mənbələri üçün təhlükəli hesab etdikləri və ümumiyyətlə siyasi fəallığın ölkə taleyinə təsir imkanlarının olmadığını düşündükləri üçün proseslərdəm çəkilmələri ümumilikdə iqtidarlı-müxalifətli hər kəsə ziyan verir. Belə ki, bu zaman müxalifət özünün elektoral bazasından məhrum olur, iqtidarın qarşısında zəif vəziyyətə düşür. Bu isə öz növbəsində ilk baxışdan hakimiyyətin maraqlarına uyğun gəlir: “Ancaq daha dərindən baxanda görürük ki, sivil müxalifətsiz və ən əsası siyasi aktiv vətəndaşsız iqtidar da öz növbəsində beynəlxalq qüvvələr qarşısında zəif duruma düşür. Bir növü vətəndaşların siyasi passivliyi dövləti dünya gücləri qarşısında silahsız qoyur. Odur ki, ilk növbədə dövlət və hakimiyyət maraqlı olmalıdır ki, onun siyasi aktiv vətəndaşları, vətəndaş cəmiyyəti və güclü müxalif partiyaları olsun. Təəssüf ki, bu sadə məntiqi qəbul etməyənlər çoxluq təşkil edir. Ancaq, mən qürurla deyə bilərəm ki, sadaladığım passivliyə baxmayaraq AĞ Partiyaya müraciət kifayət qədər var. Demək olar ki, vətəndaşlar hər gün bu və ya digər vasitəylə bizimlə əlaqə qururlar və üzv olmaq arzularını bildirirlər. Sevindirici hallardan biri də odur ki, demək olar müraciət edənlərin 80 faizi gənclik nümayəndələridir. Bu bir daha onu göstərir ki, biz partiyalar işimizi doğru qursaq, partiyanın ideologiyasına sadiq qalsaq və bu ideologiyanı cəmiyyətə doğru-dürüst təqdim edə bilsək bizlərin elektorat problemi olmaz. Mən əminəm ki, bu gedişlə AĞ Partiya Azərbaycan siyasi səhnəsinin əsas aparıcı partiyası olacaq. Bunun üçün də biz partiya rəhbərliyi olaraq əlimizdən gələni və hətta, ondan da artığını edəcəyik”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov qeyd edib ki, ölkə əhalisinin siyasi proseslərdən kənarda saxlanmasının nəticələri göz qabağındadır. İnsanların üz tuta biləcəkləri və siyasi cəhətdən təşkilatlana  biləcəyi siyasi partiyalar demək olar ki, sıradan çıxıb: “Ona görə də siyasi partiyalar vətəndaşlarımız üçün cəlbedici görsənmir. Xüsusən də gənclərimiz siyasi fəaliyyətlə məşğul olub karyera, perspektiv qura biləcəyinə inanamadığından, əksinə, bunu əlavə başağrısı, məsuliyyət, hətta problemlər yaradacağını düşünüb ”az aşım, ağrımaz başım" yanaşmasına üstünlük verir. Diqqət etsək görərik ki, xüsusən də müxalifət düşərgəsi qocalmaqdadır. Yeni üzvlərin qəbulu ləng gedir. Gəncləşmə prosesi demək olar ki, yoxdur. Bu vəziyyət ölkənin dinamik inkişafına və siyasi dayanıqlığına da ciddi təhlükədir. Çünki güclü təşkilatlanmış, ölkə həyatına ciddi təsir göstərən partiyaların olamaması həmin ölkələrdə avtoritarizmə, cəmiyyətdə isə ifrat radikalizmə meyllik yaradır. Azərbaycan reallığında karyera və perspektiv əldə etmık üçün innovativ ideyalar, yüksək peşakarlıq, təcrübə, işgüzarlıq, yeniliklər arxasınca qaçmaqla heç nə əldə etmək mümkün deyil. Yaxşı əlaqələrin, yüksək vəzifələrdə qohumlarının olması kifayətdir. Bütün bu cətinliklərə baxmayaraq az da olasa partiyalara yeni simaların gəlməsi və üzə çıxması ümidvericidir"./yeni müsavat/

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe