İsveçin fantast yazıçısı Mia Yohanson Moskva küçələrində səfil kimi tapılıb

12:21 01-06-2019 | icon 26 | Maraqlı
İsveçin fantast yazıçısı Mia Yohanson Moskva küçələrində səfil kimi tapılıb

İsveçin fantast yazıçısı Mia Yohanson Rusiyanın paytaxtı Moksva küçələrində evsiz, kimsəsiz insan kimi aşkarlanıb.

 

Versus.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

 

Qeyd edilir ki, rus dilini bilməyən qoca qadın bir neçə həftə əvvəl Kiyev vağzalında aşkarlanıb. O, küçədə yaşaması ilə insanların diqqətini cəlb edib. Lakin Mia Yohanson mərhəmətli insanlardan pul və ərzaq köməyi alırmış.

Jurnalistlərin araşdırması zamanı məlum olub ki, Mia Yohanson əvvəllər yazıçı olub və fantastik janrlı romanlar dərc etdirib. O, ətrafdakı insanlara əslən kanadalı olduğunu deyib və küçədə ABŞ səfirliyinə gedən avtobusu gözlədiyini bildirib.

Qadın onunla maraqlananlar öz həyatını danışıb. Məlum olub ki, Yohanson İsveç vətəndaşıdır. O, Rusiyaya bu ilin fevralında gəlib. Yazıçının sözlərinə görə, Fransada onun pullarını, telefonunu və bank karlatını qarət ediblər.

Qadın pasportunu saxlamağa müvəffəq ola bilib. Bununla belə, Avropanı gəzmək istəyən Mia Yohanson Ukraynada, sonra isə Baykalda, Sankt-Peterburqda olub. O, hazırda Moskvada səfil kimi yaşayır.

Qadının sözlərinə görə, onun Vankuverdə (Kanadanın qərbində şəhər-red) yaşayan bir qızı var. Yazıçı pul toplayaraq Vankuverə bilet almaq istəyir. Lakin o, çox az məbləğdə pul yığa bilib.

Rusiyanın Miqrant İdarəsindən qadına kömək ediləcəyi vəd verilb. Bildirilb ki, onun İsveç səfirliyi vasitəsilə ölkəni tərk etməsinə kömək göstəriləcək.

Qeyd edək ki, Mia Yohansonun 2012-ci ildə işıq üzü görmüş "Allah haqqında bitməyən müzakirə. Səyahətçinin vaxt üzrə gündəliyi" nəşri aşkarlanıb.

Jurnalistlər həmçinin yazıçının "Twitter"də Vankuverin xatırlandığı və 2015-ci ilin 1 yanvarına aid olan akkantunu da tapıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”