Pomidoru soyuducuda saxlamaq olmaz

23:50 02-06-2019 | icon 69 | Maraqlı
Pomidoru soyuducuda saxlamaq olmaz

Elm adamları bildirirlər ki, pomidorların soyuducuda saxlanılması doğru deyil. 12 dərəcədən aşağı temperaturda saxlanılan pomidor təzə qalsa da, dadı tamamilə dəyişir.

 

ABŞ-ın Florida Universitetinin tədqiqatçıları isə iri marketlərdə satılan pomidorların görünüşü yaxşı olsa da, niyə dadsız olduğuna aydınlıq gətiriblər. Onlar qeyd edirlər ki, pomidorlar soyuduculara qoyulur, sonra bir neçə gün otaq temperaturunda saxlanılır.

 

Bundan başqa, pomidorların yetişməsi üçün lazım olan müddət gözlənilmir və vaxtından əvvəl yığılaraq tez əmələ gəlməsi üçün qazdan istifadə olunur.

 

Qeyd edək ki, pomidorun insan sağlamlığına çox xeyri var. Belə ki, bol vitamin mənbəyi olan pomidor dərini nəmləndirir və parlaqlaşdırır. Həmçinin ürək, xərçəng xəstəlikləri, infarkt, yüksək təzyiq riskini aşağı salır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma prosesini ləngidir.

Pomidor hüceyrələrin bərpası və əzələ kütləsinin artırılması üçün gərəkli olan zəngin protein mənbəyidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir