“AmCham Azərbaycan”ın üzvləri üçün işgüzar nahar təşkil olunub

11:58 03-06-2019 | icon 24 | İqtisadiyyat
“AmCham Azərbaycan”ın üzvləri üçün işgüzar nahar təşkil olunub

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə işgüzar nahar təşkil olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə Palatanın 130-dan çox üzvü və tərəfdaşı iştirak edib.

 

Versus.Az-ın məlumatına görə, “AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova tədbiri giriş sözü ilə açdıqdan və Palata üzvlərinin təqdimatından sonra “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov ölkəmizdə geniş miqyaslı sosial islahatlar paketinin icra olunduğunu deyib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının yeni nailiyyətlərini diqqətə çatdırıb. O, cari ilin ötən dövründə minimum əmək haqları və minimum pensiyanın 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, mühüm sosial önəm kəsb edən bu və digər mühüm tədbirlərin 3 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu deyib.

 

Nazir müharibə əlilləri və şəhid ailələrini əhatə edən mənzillə, avtomobillə, birdəfəlik ödəmə ilə təminat kimi sosial proqramları diqqətə çatdırıb. O, dövlət başçısının müvafiq fərmanına əsasən yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və ilk DOST mərkəzi barədə məlumat verib. S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi kimi reallaşdırılan DOST layihəsinin 126 növdə sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, nəzakətlilik və vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verdiyini vurğulayıb. Gələn ildən regionlarda da belə mərkəzlərin açılmasına başlanacağını, onlayn platformada geniş DOST xidmətləri sisteminin qurulacağını qeyd edib.

 

S.Babayev ölkəmizdə ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial təminat sistemi üzrə e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün aparılan işlər, əliliyin qiymətləndirilməsi, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir ölkəmizdə sosial sahədə aparılan islahatların müsbət nəticələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini vurğulayıb. O bunun növbəti təzahürü kimi, bu günlərdə Azərbaycanın ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərinin, habelə ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün ardıcıl və təsirli tədbirlərin və icra olunan özünüməşğulluq proqramının Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən uğurlu təcrübələr kimi xüsusi mükafatlara layiq görüldüyünü bildirib.

 

“E-sosial” internet portalı barədə məlumat verən S.Babayev yaxın günlərdə istifadəyə veriləcək “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin elektron platformaya keçirilməklə keyfiyyətinin yüksəlməsinə imkan verəcəyini vurğulayıb. Daim yenilənən məlumat bazasına malik olacaq bu altsistemin işsiz və işaxtaranlarla yanaşı, işəgötürənlər üçün də xüsusi önəmini qeyd edib.

 

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün sistemli tədbirlərin görüldüyünü diqqətə çatdıran S.Babayev bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə minimum əmək haqqının artırılması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, təbliğat-marifləndirmə işləri bu sahədə müsbət nəticələrini verir. Ötən il əmək müqavilələrinin sayında 91,3 min, bu ilin 5 ayında 94 mindən çox (dövlət sektoru üzrə 28 mindən çox, özəl sektor üzrə 66 mindən çox) artım özünü göstərib.

 

Cari ildə il 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyini deyən nazir “İşsizin DOSTu” proqramı, digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verib.

Sonra bir neçə üzv şirkətin və tərəfdaşın fəaliyyəti və xidmətləri barədə təqdimatlar edilib.

 

Cəsarət Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"