“Amerika İrana təzyiq adı altında İslam dünyasının parçalanmasına xidmət edir”

20:59 03-06-2019 | icon 170 | Geopolitika
“Amerika İrana təzyiq adı altında İslam dünyasının parçalanmasına xidmət edir”

“Tramp döyüşçüdən çox ticarətçi olduğu üçün hər şeyi dolarla ölçür”

 

İran-ABŞ münasibətləri getdikcə gərginləşir. Bir-birinə "əzələ" nümayiş etdirən bu dövlətlər artıq danışıqlar masasında oturmaq üçün dartışırlar. İran tərəfi danışıqlara o zaman razı olacağını bəyan edir ki, ABŞ şərtlərlə razılaşsın.

 

Bir çox dünya ekspertləri, o cümlədən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski iki dövlət arasında vəziyyətin kəskinləşdiyini şərh edərək, müharibənin qaçılmaz olduğunu və bunun region ölkələri üçün ağır nəticələnəcəyini bildirib. Azərbaycan siyasətçiləri və ekspertləri isə tamamilə fərqli fikirdədirlər.

 

“Əgər Amerika İranı müharibəyə cəlb edərsə…”

 

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu müharibənin olmayacağını bildirib. O, qeyd edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları və yaratdığı gərginlik, İslam dünyasının parçalanması sünni-şiyə təriqəti ilə bağlıdır. Sərdar bəyin sözlərinə görə, şiyə təriqətinin mərkəzi İrandır və əgər Amerika İranı müharibəyə cəlb edərsə, dünyada müsəlmanları parçalamaq üçün arqumenti qalmaz:

 

“Amerika İranın mövcud olması və şiəliyin sünni dünyasına qarşı durması üçün əlindən gələni edəcək. Dünyanın gözü qarşısında gedən bu oyunlar, İranın geopolitik güc olmaq siyasəti ilə bağlı göstərdiyi səylərin qarşısını almaq üçündür. Belə ki, İran Yəməndə, Suriyada, livanda, İraqda, Qətərdə çox ciddi siyasi nüfuza malikdir. Bu da faktiki olaraq Amerikanın və İsrailin maraqlarına uyğun deyil. Çünki Misir İsraili dəstəkləyir və Səudiyyə Ərəbistanında şiəliyin İranın nəzarəti altında inkişaf etməsi Amerikanın maraqlarına ziddir. Bu məsələdə Amerikanın guya nüvə silahına qarşı çıxaraq gərginlik yaratması gülməlidir. Çünki İranın bir nüvə silahı var, o da şiəlikdir və Amerika da bunu çox gözəl bilir. Ona görə də Amerika heç vaxt İrana müharibə etməz. Tramp özü dedi ki, iqtisadi sanksiyalarımız İranı danışıqlara gətirmək üçündür. Deməli, burda İranı dağıtmaq deyil, İranla danışmaq nəzərdə tutulur. İran isə danışmaq istəmir".

 

S.Cəlaloğli bildirib ki, danışıqlarda əsas məqsəd İraqda, Suriyada, Liviyada İranın dəstəklədiyi siyasi qüvvələrin fəaliyyətini məhdudlaşmasıdır:

 

“Amerikanın intriqaya getməsində məqsəd isalam dünyasını inkişafdan saxlamağa, dərin ciddi parçalanmalara gətirib çıxarmaqdır. Bu gün Amerika İranı blokadaya salmağa səslənir. O müsəlman dövlətləri ki, Amerikanın siyasətinə uyğun blokadada iştirak edəcək, İranla düşmən olacaq, o dövlətlər ki, iştirak etməyəcək, Ameriaka ilə düşmən olacaq. Beləliklə, fərqli qüvvələrin düşmənçiliyi ilə müsəlmanlar parçalanacaq. Əslində Amerika İrana təzyiq adı altında İslam dünyasının parçalanmasına xidmət edir”.

 

"Rəqibləri İrana qarşı terror aktları törədə bilər"

 

Politoloq Nəzakət Məmmədova bildirib ki, müharibənin olacağı inandırıcı deyil. Onun sözlərinə görə, ABŞ-ın məqsədi İranla birbaşa müharibə, yaxud onun ərazisinə hücum edib silahlı münaqişəyə başlamaq yox, Tehran rəhbərliyini özlərinə güzəştə getməyə məcbur etməkdir:

 

"Müharbə birbaşa ABŞ və İran arasında yox, Amerikanın müttəfiqləri ilə İranın dəstəklədiyi ordular, məsələn Səydiyyə Ərəbistanı, İsrail ilə Hizbullah, İran İslam Keşikçiləri Briqadasının Qüds komandanlığı, Mehdi ordusu, Həşdi şabi və s. arasında Yaxın Şərqdə, körfəzdə baş verə bilər. Lakin ABŞ-İran birbaşa toqquşması qeyd etdiyimiz kimi inandırıcı deyil".

 

Politoloq bildirib ki, eyni zamanda, rəqibləri həm İran ərazisində, həm də ondan kənarda İrana qarşı terror aktları törədə, habelə İran və onun hərtərəfli dəstək verdiyi qüvvələr ABŞ və onun bölgədəki müttəfiqlərinə qarşı terror aktları həyata keçirə bilər.

 

"İkinci dəfə novbəti prezident seckilərində iştiraka hesablanib"

 

ALDP sədri Fuad Əliyev bildirib ki, ABŞ-ın İrana qarşı müharibəyə başlaması mümkün deyil. Onun fikrincə, hazırda hər iki dövlətin bir-birinə qarşı təhdidlə danışması sadəcə olaraq bir-birinə qarşı guc numayisidir. Partiya sədrinin fikrincə, Jirinovskinin "müharibə şosu" verməsi, bu prosesdə ABŞ-a qarşı müttəfiq olan güclərin daha operativ reaksiyaları ilə bağlı xəbərdarlığı, eləcə də, Rusiyanın belə bir situasiyada bölgəni xilas etmək üçün istənilən addımı atacağı ilə bağlı sətiraltı mesajı ola bilər.

F.Əliyev eyni zamanda qeyd edib ki, hazırda ABŞ-da Senatorlar impicment məsələsini galdırmaq istəyirlər və bu mənada yenidən seçkilərə hazırlaşan Trampin vəziyyəti yaxsi deyil:

 

"Tramp İran məsələsi ilə bağlı gərginlik yaratmaqla diqqəti üzərinə çəkməyə çalışır. Onun İran məsələsində sərt bəyanatlar verməsi, ikinci dəfə novbəti prezident seckilərində iştiraka hesablanib".

 

"Amerika müharibə səs-küyü yaratmaqla çox gözəl ticarət aparır"

 

Politoloq Ramiyə Məmmədova ABŞ-ın iki ildə müxtəlif vaxtlarda müharibə çıxışları etdiyini bildirib. Qeyd edib ki, bu çıxışlar Trampın 2017-ci ildə Şimali Koreyaya qarşı olan qəzəbindən dolayı, daha sonra, “Zeytun dalı” əməliyyatına görə rəsmi Ankaranı təhdid etməsi ilə bağlı müşahidə olundu. Sonra isə Əsədə verdiyi dəstəyə görə Rusiynı hədələdi.

 

Politoloq bildirib ki, Suriyada silahlar partlasa da, ABŞ orda heç nə edə bilmədi. Əksinə, Suriyada sarsılmaz ABŞ-ın imicinə bir qədər zərbə dəydi. İndi isə bu hədələr İrana qaşı başlayıb:

 

“ABŞ “tvitter” üzərindən gedən hədə-qorxu və nüvə sazişindən çıxmasından başqa heç bir şey edə biləyib. ABŞ yaxşı bilir ki, İrana qarşı başladılan müharibə tək iki ölkə arasında getməyəcək. İrana dəstək verən Rusiya amilini unutmaq olmaz. Çünki Rusiya ABŞ-ın qarşı olduğu hər yerdə, hər kəsin yanındadır. Eləcə də İran, Rusiya, Türkiyə üçlüyü bu məsələdə az rol oynmır. Yəni İranın əslində o qədər də gücsüz dövlət olmadığını ABŞ və dünya bilir. İran odusu dünyanın birincisi olmasa da, 20-ci yerində durur. İranın ordusunda 523 min insan, 130 mindən çox İslam İnqilabının Keşikçiləri mövcuddur. 350 mindən çox ehtiyatda olan əsgəri var və sair qüvvələri var. ABŞ-ın məqsədi heç də müharibə deyil, sadəcə İranın neftinin ixracını sıfıra endirmək, müxtəlif yollarla neft ixracının qarşısını almaq, yəni İran iqtsadiyyatını bir az da çətin vəziyyətə salmaqdır".

 

Politoloq hesab edir ki, ABŞ çox gözəl aktyordur və bu mənada bu gün onun siyasi məqsədlərini bilmək o qədər də asan deyil:

 

"ABŞ üzdə hədə-qorxu gəlib, alt qatda başqa siyasət yürüdən bir ölkədir. Yəni hər zaman öz məqsədlərinə çalışır. Əslində özünü İranla mübarizə aparacaq güclü bir dövlət kimi göstərməklə İrandan çəkinən dövlətlərə silah satmaqla da məşğuldir. Yəni bu gün Amerika müharibə səs-küyü yaradaraq çox gözəl ticarət aparır".

 

Politoloq bildirib ki, əgər müharibə baş verərsə, təbii ki, qonşu dövlətlər də bundan əziyyət çəkəcək:

 

“Bu problem bizm ölkədən də yan keçən deyil. Çünki İranda yaşayan azərbaycanlıların bura axını başlayacaq və regionda gedən layihələrin dayandırılmasına səbəb olacaq. Bu isə nə Azərbaycanın nə də layihələrdə iştirak edən dövlətlərin xeyrinə deyil. Müharibənin olması ehtimalı çox azdır. Yəni Suriyadan sonra İran problemini üstünə götürməsinin iqtisadi gücünə təsir göstərəcəyini bildiyi üçün İran probleminə qarışmayacaq. Tramp döyüşçüdən çox ticarətçi olduğu üçün hər şeyi dolarla ölçür və səs-küy yaratmaqla İran və digər ölkələrlə ticarət etmək məqsədini də güdə bilər”. "Üç nöqtə"

 

Versus.Az

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu