Vətəndə yaşamaq haqqı…

01:27 04-06-2019 | icon 78 | Kürsü
Vətəndə yaşamaq haqqı…

…Həyatın ikiüzlü oyunundayıq

 

MEHRİBAN SADIQOVA

/filoloq/

 

Yaşam və ömür... Bu iki anlayış arasında olan dərin uçurumun insan taleyində izi və bunların fövqündə duran həyat. Bəzən küsdüyümüz, bəzən incidiyimiz, bəzən bezdiyimiz, bəzən ilhamlandığımız və bəzən...

 

O qədər artırmaq olar ki, bu bəzənləri... Nədir axı həyat? Nə verdi ki, bizə? Verdikləri aldıqlarının müqabilində nə qədər gücsüz idi? Nə etdi axı həyat, nə etdi bizə? Yalnız onun dediyini etməyə, onun istədiyini dilə gətirməyə, özünün qurduğu ssenari ilə oynamağa məhkum etdi. Oyun oynadı həyat bizimlə, ikiüzlü bir oyun... Elə oyun ki, utancdan baş qaldıra bilmədik…

 

Elə oyun ki, kimsənin qarşısında mən "xalqam" - deyə, öyünə bilmədik. Elə oyun oynadı ki, torpaqlarımızın tapdaq altında inləməsinə "lal" olaraq dayanıb baxdıq. Elə oyun oynadı ki, kar olaraq Şəhid xəbərlərinə biganə qaldıq. Və övladlarını bu durumda görən, aldığı yaralardan deyil, övladlarının acizliyindən sinəsi qan fışqıran Vətən özünə ağı dedi. Ağı dedi - övladları ola-ola tapdaq altında əzildiyi üçün, inlədi qız-gəlinin namusunun tapdanmasına cavab vermədiyi üçün. Axı, nə idi həyatın bu ikiüzlü oyunu? Nə idi, nə?!

 

Bəzən bizə azadlıq haqqında "məqalə" yazdırdı, bəzən səfil kimi sonugörünməz yola çıxardı. Həyat nə verdi ki, bizə? Bəzən qardaşı Şəhid olmuş bir insanı ehtiyac ucundan Rusiyanın kafelərində erməninin qabağında xidmət göstərməyə məcbur etdi, bəzən tərk edilmiş bir qadının mənasız sadiqliyi ilə özünü öyməyə yuvarlandırdı, bəzən duyğusal bir şairin çiçəkləri çox sevdiyi üçün bir çiçək dərərək, onu həyatından məhrum etməsinə şərait yaratdı...

Bəzənsə, qarşısındakı insanın qəlbini qırmayasan deyə susduğun halda "səni susdurdu deyə" özlüyündə öyünməni və bəzən də bu torpağı qoruya bilməmədiyin üçün ömür boyu əzab çəkməyi və bütün bunların fövqündə isə bu torpaqda, bu Vətəndə yaşamaq haqqımızın olmadığını öyrətdi…

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir