Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

10:04 04-06-2019 | icon 13 | Siyasət
Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Ramazan bayramı münasibətilə təbrik edir, şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Mərhəmət, şəfqət, xeyirxahlıq, humanizm hissləri aşılayan Ramazan ayını xalqımız həmişə böyük sevgilə yaşayır. Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar sayəsində əmin-amanlığın, qardaşlığın, həmrəyliyin təntənəsi olan müqəddəs Ramazan bayramını ölkəmizdə artıq uzun illərdir dövlət səviyyəsində də qeyd olunur.

 

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət və qətiyyətli islahatlar nəticəsində dövlətimiz daha da güclənib, iqtisadiyyatın dinamik inkişafı təmin edilməklə respublikamız regionda lider olmaqla dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.

 

Müasir Azərbaycanın iqtisadi gücü qüdrətli ordu quruculuğunun da uğurla davam etdirilməsinə etibarlı zəmin yaradıb. Ordumuz ən müasir silahlarla təmin edilib, şəxsi heyətin döyüş əzmi yüksəlib, mənəvi-psixoloji təminatı daha da gücləndirilib, sosial məişət şəraitin yaxşılaşdırılması məqsədilə böyük addımlar atılıb.

Bu gün peşəkarlığını, döyüş qabiliyyətini daim artıran Ordumuzun şəxsi heyəti inamla xidmətini davam etdirir və Ali Baş Komandanın bütün əmr, göstərişlərini məsuliyyətlə yerinə yetirməyə qadirdir.

 

Müqəddəs Ramazan bayramı münasibətilə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edir, şəhid ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi və veteranlarımızı təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

 

İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalacaq, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olacaqsınız.

 

Bir daha hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və hərbi xidmətinizdə yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu