Ramazanla bağlı fikir ayrılığı

10:34 04-06-2019 | icon 70 | Mədəniyyət
Ramazanla bağlı fikir ayrılığı

Göy cismi Ay, yoxsa təqvim ayı?

 

NƏRİMAN QASIMOĞLU

/Dinşünas alim/

 

Ramazan ayı girər-girməz, bitər-bitməz müsəlmanlar yenə də fikir ayrılığındadır. Ay nə zaman başlayır, Ramazan bayramı nə zaman keçrilməlidir sualları ətrafında insan ayağının çoxdan bəridir Aya dəydiyi, planetlərarası uçuşları gerçəkləşdirməyin yolları arandığı bir dövrdə də bu fikir ayrılığı gündəmi zəbt edir.

 

Bu ay təqviminin Ramazanı necə ola bilər ki, Tehranda, Bağdadda, Məkkədə, İstanbulda, Bakıda və başqa şəhərlərdə fərqli tarixlərdə başlasın və bitsin? Məsələ burasındadır müsəlmanlar gözlərini göyə dikib hilalı, bu aydoğdunu fərqli günlərdə görürlər. Belə hesab edirlər ki, aydoğdunu sadəcə ya gözlərilə, ya da teleskopla görməlidirlər ki, ay nə zaman başlanır deyə qərar versinlər. Yəni astronomik ayın, təqvim ayının girişi onları maraqlandırmaz, çünki bu zaman aydoğdu görünməyə bilər.

 

“Hərçənd OXU Ramazanın aydoğdunun görülməsi ilə deyil, təqvim ayı olaraq başlanılmasına verilən şəhadətlə daxil olmasını açıqca vurğulayır. Mətnin əsli belə deyir: “şəhru ramada:na-l-ləzi: unzilə fi:hi-l-qur'ə:nu hudən li-n-nə:si va bəyyinə:tin minə-l-hudə: va-l-furqa:ni fəmən şəhidə minkumu-ş-şəhra fəlyasumhu”. 
Tərcüməsi: “Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu OXU endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (İnək surəsi, 2:185).

 

Tərcümələrin əksəriyyətində “şəhidə-ş-şəhra” ifadəsi “ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) “aydoğdunu” mötərizədə yazaraq “təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil, adi gözlə necə görmək olar.

 

OXU-da keçən “şəhr” sözü göy cismi mənasında ay deyil, məhz təqvim ayıdır. Başqa ayələrdə də bu söz yalnızca həmin anlamda işlənir. Məsələn: “Göylərlə yeri yaradan gün Tanrı yazısına görə on ikidir Tanrı qatında ayların sayı” (Tövbə surəsi 9:36). Yazının orijinalında da təqvim ayı mənasında “şəhr” və bu sözün cəmi “əşhur” keçir. Göy cismi mənasında isə işlənən söz bizim “qəmər” kimi tələffüz etdiyimiz “qamər”dir. OXU-nun 54-cü surəsinin adı “Qamər”, yəni göy cismi olan aydır.

 

“Şəhidə-ş-şəhra” ifadəsi “təqvim ayına şahidlik etdi” anlamındadır, gördü anlamında yox. Bunlar fərqli nəsnələrdir. Çünki təqvim ayı gözlə görülməz, bu ayın gəlişinə yalnız şahidlik etmək olar. Və bu ayın gəlişi zamanlanmasına dəqiqliklə tanıqlığı isə astronomlar edə bilərlər ki, onların bu şahidliyinə biz də inanıb şəhadət verməliyik. Əski zamanlarda bu, mümkün deyildi və bu mənada tam anlaşılandır ki, Ramazanın gəlişinin və gedişinin zamanlanmasını gözlərin göyə zillənməsilə təyin etməkdən başqa çarə yox idi.

 

İndiki müsəlmanlar isə əski zamanlarda qalmağı tərcih edirlər. OXU-nun bu günümüzə möcüzəvi bir tərzdə işıq tutan hikməti onlar üçün qapalı qalmaqdadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”