“Qəbirləri gizli yolla Ermənistana aparan generalın kimliyi niyə açılmır?”

12:01 04-06-2019 | icon 379 | Siyasət
“Qəbirləri gizli yolla Ermənistana aparan generalın kimliyi niyə açılmır?”

Mehriban Sadıqova: “Bu məsələ dövlətlərarası danışıqlar və razılaşdırmalar yoluyla tənzimlənə bilərdi”

 

 

“Hər xalqın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşılmalıdır. Babək bizim üçün nə qədər dəyərlidirsə, Hacı Murad da dağıstanlılar (xüsusən də avarlar) üçün o qədər dəyərli tarixi şəxsiyyət sayılır. Hər xalq öz qəhrəmanlarının elə öz torpağında uyumasını və istədiyi zamanda qəhrəmanının məzarını ziyarət etmək istəyir”.

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP-nin sədr müavini Mehriban Sadıqova deyib.

 

Mehriban xanım vurğulayıb ki, Nəsiminin və Füzulinin məzarlarını illərdir ki, Azərbaycana gətirmək istədiyimiz kimi, avarlar da Hacı Muradın nəşinin Dağıstana aparılması və doğulduğu yurd yerində - Xunzax kəndində yenidən dəfn edilməsi üçün səy göstərirlər ki, bu da çox normal yanaşmadır:

 

“Ancaq bunu "oğurluq"la həyata keçirmək yolverilməzdir. Bu məsələ dövlətlərarası (Azərbaycan və Rusiya) danışıqlar və razılaşdırmalar yoluyla tənzimlənə bilərdi. Və hər zaman bütün xalqlara humanizm nümunəsi olan xalqımız qarşı tərəfə mənəvi halallıq da verərdi. Azərbaycan xalqı əfsanəvi Şeyx Şamilin naibi və Lev Tolstoyun ədəbi qəhrəmanı - Hacı Muradın məzarını uzun illər boyu əmanət kimi qoruyub saxlayıb və hər zaman da hörmətlə yanaşıb. Bunun qarşılığında xalqımıza quruca bir "çox sağol" belə demədən, Hacı Muradın nəşinin Qax rayonundakı məzardan naməlum şəkildə oğurlanaraq Dağıstana aparılması və orada dəfn edilməsi barədə yayılan ziddiyətli xəbərlər təəssüf hissi doğurur”.

 

Sədr müavini vurğulayıb ki, xalqımız heç vaxt Hacı Muradın qalıqlarının Dağıstana təhvil verilməsinə etiraz etməyib, müqavimət göstərməyib, buna süni şəkildə əngəl yaratmağa da çalışmayıb:

 

“Belə olduğu təqdirdə, Dağıstandakı bəzi şəxslərin Hacı Murad kimi böyük tarixi şəxsiyyətin xatirəsini bu cür "oğurluqla" əldə etmələrini bu şəxsiyyətə hörmətsizlik hesab edirəm. Hərə öz aid olduğu yerdə dəfn olsa yaxşıdır...”

 

Bunun məsələnin ümumi tərəfi hesab edən Mehriban Sadıqovanı narahat edən digər səbəb erməni qəbirlərinin gizli yolla daşınmasıdır:

 

“Əgər bu kimi məsələlərin belə aşikara çıxarılması mümkündürsə, Bakıdan erməni qəbirlərini gizli yolla Ermənistana aparan generalın adı niyə açığa çıxarılmır?”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”