Deputat Tovuzda sakinlərlə görüşüb, Ramazan bayramlarını təbrik edib

20:03 04-06-2019 | icon 21 | Cəmiyyət
Deputat Tovuzda sakinlərlə görüşüb, Ramazan bayramlarını təbrik edib

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib, onları Ramazan bayramı münasibətilə təbrik edib, dualarının qəbul olunmasını diləyib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili sakinlərin müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib.

 

Bir çox xəstələrlə görüşən Qənirə Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Bakı və Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciətlər edərək onların müalicəsinin və əməliyyatının aparılması məsələsinə dəstək olub.

 

Millət vəkili həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Bir sıra sakinlər ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərilməsi üçün Q.Paşayevaya müraciət ediblər.

 

Sakinlərlə görüşdə bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı söhbətlər, müzakirələr aparılıb. Qənirə Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb. O, Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib. Bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək.

 

Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, qanun-qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Eyni zamanda, sakinlərin müəyyən problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Bildirib ki, sakinləri narahat edən məsələləri yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcək və həllinə çalışacaq.

 

Qənirə Paşayeva sakinlərlə görüşdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.

 

Görüşün sonunda şəhid ailələrinə, müharibə əlillərinə, fiziki imkanları məhdud insanlara "Veysəloğlu" şirkətinin Ramazan bayramı ilə bağlı bayram hədiyyələri təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu