"Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən"

13:05 16-03-2018 | icon 145 | Geopolitika
"Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən"

Erməni ekspert erməni icmasının mövcudluğunu sual altına qoyub

“Mənə görə, əsas təhlükə ondan ibarətdir ki, millətim kölələşdirilir, pulun girovuna çevrilir. Bu gün dükançılar ölkənin sahiblərinə çevriliblər və onlar üçün cəmiyyət anlayışı ümumiyyətlə yoxdur. Bu insanlar ancaq şəxsi məsələlərin həlli ilə məşğuldurlar”.

 Versus.az APA-ya istinadən xəbər verir ki, bunu Moskvada yaşayan müstəqil erməni ekspert Arbak Xaçatryan Ermənistanın “1in.am” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı olmayan, dövlət institutlarının fəaliyyət göstərmədiyi, qeyri-legitim addımların atıldığı ölkədir:

“Əgər indi həmin şəxslər yanaşmalarını dəyişərək ABŞ, İngiltərə yaxud Avropaya tərəf çevrilsələr, bunun heç bir əhəmiyyəti olmayacaq. Sənin kimə satılmağın önəmli deyil, satqın adam həmişə satqın olaraq qalacaq. Bütövlükdə bu sistem bu gün talançılıqla məşğuldur. Bugünkü talançılar üçün əsas vəzifə öz əmlakını qorumaqdır. Mən onların heç bir sözünə inanmıram. Çünki onların yaşam tərzi televiziyadakı çıxışlarına ziddir”.

Erməni diasporunun Rusiyada keçiriləcək prezident seçkilərində kimə səs verəcəyinə gəldikdə isə A.Xaçatryan ümumiyyətlə erməni icmasının mövcudluğunu sual altına qoyaraq Ermənistanda ailələri qoyub Rusiyaya işləməyə gedən ermənilərin hansısa ideoloji qərar vermək qabiliyyətinə şübhə ilə ilə yanaşdığını bildirib:

“Öncə Rusiyada hakimiyyət dəyişməlidir, bundan sonra Ermənistanda da dəyişiklikləri gözləmək mümkün olacaq” fikri ilə razılaşmayan A. Xaçatryan bunu deyib: “Əgər səndən əski parçası düzəldirlərsə, bu halda Rusiyada hakimiyyətdə kimin olmasının nə önəmi var? Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən – Avropa, Amerika yaxud da digərinin? Səninlə sivil ölkələr daha sərt danışırlar, nəinki rejimin güclü olduğu ölkələr”.

A. Xaçatryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb:

“Ermənistanı idarə edən alçaqlar ticarət mərkəzləri açırlar, şantajla pul qazanırlar. Təsadüfi deyil ki, Rusiya regionda daha güclü mövqelərə malik güclü tərəfdaş tapıb və onunla işbirliyinə başlayıb. Nəyə görə Levon Ter-Petrosyanın vaxtında Ermənistanla hesablaşırdılar? Gürcüstanla Azərbaycan kənarda idarə olunmağa imkan verməmək üçün razılığa gəlməli idilər. Axı regionda həmişə güclü ilə münasibətlər qururlar. Ermənistan hakimiyyəti isə özünün iki qəpiyini daha üstün tutur, qeyri-legitimdir və s.”.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb