"Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq"

09:49 07-06-2019 | icon 42 | Siyasət
"Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq"

Hikmət Babaoğlu: "Fransa məhkəməsi bu qərarla Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı"

 

Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmək cəhdləridir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib:

"Məlumdur ki, bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında “Dostluq haqqında xartiya” imzalanmışdı. Bu fakt, əlbəttə ki, digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafiq qurumlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “xartiya”nı ləğv etdi".

 

H.Babaoğlu qeyd edib ki, Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq, əlbəttə, uğur hesab edilə bilər. Ancaq bu faktın başqa mühüm tərəfləri də var ki, bu da onun yeni hüquqi presedent yaratmış olmasıdır:

"Məhkəmənin öz qərarını imzalanmış “sənəd”in qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır. Bu, təkcə Fransada deyil, Avropa İttifaqının digər ölkələrində də bənzər hadisələr baş verərsə, presedent kimi qəbul edilə bilər. Məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmış və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi. Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq.

Beləliklə, Fransa məhkəməsi bu qərarla Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”